Ata dediyin

Ata dediyin
Maraqlı məlumatlar
10.09.2017 8
Övladı
sağalsın deyə, gecəsini gündüzünə qatdı. Çində  qaraciyərinin bir
hissəsini övladına bağışlayan atanın fədakarlığı xəbər başlığına
çevrilib. Söhbət təkcə övladı üçün əməliyyat masasına uzanmaqdan getmir.
Gənc valideyn övladının əməliyyat olunması üçün dəridən qabıqdan çıxıb.

7
aylıq qızın qaraciyərinin funksiyasını yavaş-yavaş itirdiyini üzə
çıxaran həkimlər uşağın əməliyyat olunmalı olduğunu, ona qaraciyər
nəqlinin vacib olduğunu deyiblər. Uyğun donor tapılmadığından  uşağın
valideyni dərhal öz qaraciyərini təklif edib.  

Sonq
Honley adlı çinli bir az şişman olduğundan cərrahlar ondan arıqlamağı 
tələb edib. Çinli ata övladı sağ qalsın deyə,  o gün bu gündür çiynində
ağır yüklə yollarda qaçıb.  Bir neçə həftə ərzində 14 kiloqrama yaxın
çəki itirdikdən sonra həkimlər əməliyyatın gerçəkləşməsinə razılıq
verib. Son Honleydən alınan qaraciyər parçası onun  7 aylıq qızına
köçürülüb. Həm ata, həm də övladının vəziyyətinin yaxşı olduğu
bildirilir

Çiynindəki
13 kiloqramlıq yüklə hər gün azı 10 kilometr qaçdığını deyən Sonq
övladı üçün hər məşəqqətə dözməyə hazır olduğunu əyani şəkildə sübut
edib. İdmanla məşğul olmayan  buna görə artıq çəki qazanan adamın birdən
birə çiynindəki yüklə kilometrlərlə məsafə qaçması istənilən halda asan
deyil. Övladının həyatını xilas etdiyi üçün çox sevindiyini deyən
çinli   onları  12 saat əməliyyat edən cərrahlara təşəkkür etməyi də
unutmayıb.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!