İki əkizin ana bətnində maraqlı dialoqu

İki əkizin ana bətnində maraqlı dialoqu
Maraqlı məlumatlar
10.09.2017 25
Ananın bətnindəki iki əkiz uşaqdan biri o birindən soruşur:

- Sən doğumdan sonrakı həyata inanırsan?

-
Əlbəttə inanıram. Hamı bilir ki, doğuşdan sonra həyat var. Biz burada
ona görəyik ki, güclənək, doğuşdan sonrakı həyata hazır olaq.

-
Boş söhbətdi. Doğuşdan sonra həyat ola bilməz. Olsaydı kimsə qayıdıb
deyərdi ki, orada həyat var. Sən bilirsən orada həyat necədi?

- Mən inanıram ki, ora daha işıqlı olacaq, biz özümüz gəzəcəyik, öz ağzımızla yeyəcəyik və başqa işlər görəcəyik.

-
Nə nağıl danışırsan? Adam özü necə yeriyər, adam necə öz ağzı ilə
yeyər? Gülməlidir! Bizi qidalandıran göbəyimiz var. Doğuşdan sonra həyat
filan yoxdur.

-Mən əminəm ki, bu mümkündür. Sadəcə olaraq hər şey bir az başqa cür olacaq. Bunu fərz eləmək mümkündür.

- Axı oradan hələ heç kim qayıtmayıb. Həyat sadəcə olaraq doğuşla bitir.

- Yox! Mən bilmirəm doğuşdan sonrakı həyat necə olacaq, amma əminəm ki, biz ANAnı görəcəyik və o, bizim qayğımızı çəkəcək.

- ANAnı? Sən inanırsan ki, ANA var? Varsa bəs o hardadır?

- O hər yerdədir, bizi əhatə edib və onun sayəsində hərəkət edirik, yaşayırıq, onsuz mövcud ola bilmərik.

- Cəfəngiyyatdı! Mən heç bir ANA-filan görməmişəm, odur ki, əminəm ki, ANA yoxdur.

-
Səninlə razılaşa bilmərəm. Axı hərdən sakitlik olanda, onun necə
oxumasını eşitmək olur. Hiss eləmək olur ki, o, bizim dünyamıza sığal
çəkir. Mən qəti əminəm ki, bizim əsl həyatımız doğuşdan sonradır!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!