Əziz Xanımlar, Qızılı necə seçmək lazımdır?

Əziz Xanımlar, Qızılı necə seçmək lazımdır?
Maraqlı məlumatlar
10.09.2017 21

 












Qızıl həmişə dəbdə olan qiymətli zinət əşyasıdır. O həmişə öz aktuallığını saxlayır. Başqa metallardan fərqli olaraq, rəngini dəyişmir və paslanmır. Qızıl elə bir metaldır ki, ondan müxtəlif formada zinət əşyaları düzəltmək mümkündür.


Bəs qızıl zinət əşyalarını necə secmək lazımdır? Bu sual çoxlarını maraqlandırır.

Əvvala, qızılın probuna baxmaq lazımdır. Vaxtaşırı səyahətdə olan şəxslər müxtəlif ölkələrdə qızıla verilən müxtəlif problarla qarşılaşır. Bu cür insanlar özünə sual verir: "Görəsən bu qızıl necə probdur?” Keçmiş SSR-i ölkələrində ocümlədən Azərbaycanda 1000-lik prob sistemdən istifadə edirlər. Qərbdə isə qızılı karat sistemi ilə sayırlar. Bu hesablamaya əsasən təmiz qızıl 24 vahiddən yəni karatdan ibarətdir. Qızılın karat və prob nisbətləri aşağıda sadalanmışdır:

24k – təmiz qızıl. tərkibi 100% qızıldan ibarətdir.

18k – bizim 750 prob qızıla bərabərdir. 24 vahiddən 18-i qızıl qalanı isə digər matallardır. Tərkibində 75% təmiz qızıl var.

14k – bizim 583 prob qızıldır. Tərkibində 58.3% təmiz qızıl var. Bəzi ölkələrdə 585 prob kimi qəbul olunub.

12k – tərkibində 50%-i qızıl, qalanı isə digər dəyərli metallarla zəngindir.

10k – bizim 417 prob qızıldır. tərkibində 41.7% təmiz qızıl var.

ABŞ-da qızılları bu sistemlə hesablayırlar. Avropada isə yuxarıda sadalananlardan yalnız 18k, 14k və 10k qızıl istifadə olunur. Gündəlik isifadə üçün məsləhət görülən qızıl probu 750-dir(18k).

Qızıla nəyə görə başqa metallar qatırlar?

Satışda təmiz qızıldan(24k ) olan zinət əşyaları da tapmaq mümkündür. Lakin qızıl yumuşaq metal olduğundan, gündəlik istifadə üçün yaramır. Məhz, bu səbəbdən qızılın tərkibinə müxtəlif metallar qatırlar. Zərgarlar bu metalların köməyi ilə nəinki qızılın möhkəmliyini artırır, hətta onun rəngini də dəyişə bilir. Məsələn, ağ qızılı almaq üçün sarı qızılın tərkibinə nikel və ya palladi əlavə edirlər. Acıq cəhrayı(розоватый) qızıl almaq üçün sarı qızılın tərkibinə mis əlavə edirlər. Qızılla gümüşü qatdıqda isə qızıla yaşıla calan rəng verir.

Qızılı müxtəlif metallardan düzəldilmiş zinət əşyalarının üzərinə də örtürlər. Bu çür zinət əşyalarında qızılın qalınlığının cox olması vacibdir, əks halda qızıl sürtülmə nəticəsində yeyilər. Qeyd edim ki, bu forma qızılara tələbat cox olmadığından satışda cox az rast gəlinir.

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!