Dünya üzərində olan ən qəribə ölüm hadisələri

Dünya üzərində olan ən qəribə ölüm hadisələri
Maraqlı məlumatlar
10.09.2017 47
Dünya üzərində hər gün kimlərsə ölür. Ölüm hadisələri bir-birindən fərqlənir.

Bəzən hansısa xəstəliyə görə, bəzən qəza nəticəsində, bəzən intihar, bəzən də qətl hadisəsi ucbatından ölüm halları baş verir.

Bu gün biz sizə dünya üzərində olan ən qəribə ölüm hadisələrindən xəbər verəcəyik.

Hansı ki, siz bu ölüm hadisələrini oxuyarkən inanmayacaqsınız, güləcəksiniz və sizin üçün çox maraqlı olacaq.



1. Hans Steininger

Avstriyalı Hans Steininger dünyanın ən uzun saqqalına sahib insanı kimi məşhur olmuşdu.

Lakin
onu məşhur edən bu saqqalı eyni zamanda ölümünə də səbəb oldu. 1567-ci
ildə bir gün Hansın qəsəbəsində böyük bir yanğın çıxdı.

Hans, saqqalını toplamağı unudub. Yanğından qaçmaq istəyərkən saqqalı ayaqlarına dolaşıb və yıxılaraq burnunu sındırdı.

Buna görə də, alovlar içində qalaraq dünyasının dəyişib.



2. Adolf Frederick

1771-ci
ildə 61 yaşında olarkən, süfrədə olan ətlərin, xərçənglərin,
şorbaların, hisə verilmiş balıqların, şampan və ən sevdiyi
şirniyyatlardan 14 dənə yedikdən sonra ölüb. 



3. Li Po

Çinli
şair Li Ponun Çin ədəbiyyat tarixində iki böyük şeiri yer alır. Lakin
Li Po həmişə sərxoş olaraq gəzərdi. Bir axşam "Yantszı” çayında botu ilə
gedərkən suya əks olunan Ayla qucaqlaşmaq istədi və boğularaq öldü.



4. Clement Vallandigham

1871-ci
ildə məhkəmədə müvəkkilini müdafiə etdiyi zaman jüriyə tapançanın
istiqamətini göstərmək istəyərkən qəza ilə özünü vurdu.

Nəzəriyyəsi doğru idi və müvəkkili günahsız idi, amma bunu isbat etmək üçün etdiyi nümayişdə həyatını itirdi.



5. Allan Pinkerton

Məşhur
"Pinkerton” detektiv agentliyini yaradan adam idi. Cinayət təhlil
texnikaları mövzusunda çox əhəmiyyətli işləri vardı. Belə bir araşdırma
əsnasında vücuduna düşən infeksiya üzündən yolla gedərkən öldü.



6. Jack Daniel

Məşhur
viski dequstatoru  Jack Daniel 1911-ci ildə bir səhər iş yerinə tez
gedib. Kassasını açmaq istəyib, lakin şifrəni xatırlamayıb. Buna görə
əsəbiləşib və ayağı ilə kassaya təpik vurub. Zərbədən ayaq barmağı
yaralanıb. Bir müddət sonra həmin yaradan qanına infeksiya keçib və
ölüb. 



7. Bobby Leach

Ölümdən
qorxmayan bir adam idi. 1911-ci ildə Niaqara Şəlalələrindən oksigen
balonu ilə tullanmışdı və bu nümayişi dəfələrlə təkrarlamışdı. Lakin bu
qədər cəsur olmasına baxmayaraq ölümü çox ironik oldu.

Bir gün küçədə gedərkən meyvə dükanından bir portağal alıb. Portağalı
soyarkən bıçağı əlindən düşürərək ayağını yaralayıb. Bir müddət sonra
həmin yaradan qanına infeksiya keçib və ölüb. 



8. Franz Reichelt

1911-ci
ildə fransız dərzi Franz Reichelt öz kəşfini test etmək qərarına gəlib.
Özünün hazırladığı paraşütlə "Eyfel” qülləsindən yerə atlayıb. Əslində
çox sürpriz bir ölüm olmayıb. Şahidlərin dediklərinə görə, yerə düşərkən
son sözü bu olub: "Deyəsən nəyisə düz etməmişəm”.



9. Isadora Duncan

Müair
rəqsin yaradıcısı sayılan İsadora Duncan 1927-ci ildə şərf üzündən
öldü. O, şərf taxmağı çox sevib. "New York Times” qəzetində yazılan bir
yazıda onun ölümü belə təsvir olunurdu.

1927-ci
ildə çox sürətli bir avtomobillə gedərkən güclü bir ipəkdən hazırlanan
şərfi külək üzündən sükana dolaşıb. Qorxunc bir güclə boğazını sıxan
şərfi heç cürə açmaq mümkün olmayıb.

Avtomobil dayandıqdan sonra həkimlər nə qədər səy göstərsələr də faydası olmayıb. O, boğularaq ölüb.



10. Homer ve Langley Collyer

Homer
və Langley Collyer qardaşları dəhşətli şəkildə toplama xəstəsi olublar.
İki qardaş qəzet və bir çox şeyi evlərində toplayırdılar. Evin
dəhlizləri, otaqları, hər yeri küçələrdən yığdıqları zibillərlə dolu
idi.

1947-ci
ildə ikisi də eyni zamanda evlərində öldülər. Evlərindən 100 ton zibil
çıxdı. Qardaşlar evdə bir-birlərindən 15 metr uzaqlıqda tapılıblar.

Yemək yeyə bilmək üçün qəzetlərin arasında tunel düzəldib elə hərəkət ediblər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!