Əfsanə yazıçının 17 həyat qaydası

Əfsanə yazıçının 17 həyat qaydası
Maraqlı məlumatlar
10.09.2017 7
Məşhur
sənətkarların həyat tərzləri xüsusilə onları ideal olaraq görən və ya
onların işlərinə heyran qalmış kəslər üçün olduqca maraqlıdır. Heç
şübhəsiz ki, Lev Tolstoy da hər kəs üçün maraqlı olan əfsanə
yazıçılardandır.



Tolstoy
18 yaşında ikən (yəni 1847-ci ildə) hər gün etdiyi fəaliyyətləri ilə
bağlı xüsusi bir gündəlik tutmağa başlayır. "Gündəlik fəaliyyətlər
gündəliyi" ndə Tolstoy işindən yemək yeməsinə qədər nəyə nə qədər zaman
ayıracağını qəti şəkildə proqramlayır. Məhz elə o gündəliyin içində də
Tolstoyun özünə qoyduğu "həyat qaydaları" yer alır.



"Əxlaq
baxımından özüm qədər yaxşı biriylə; və ya mənim kimi idealları üçün
hər şeyini qurban edə biləcək bir adamla görüşməmişəm." deyən Tolstoy
bəllidir ki, həyat qaydalarını yazdığında böyük ölçüdə özünü düşünən
amma eyni zamanda, özü haqqında çox qatı sayıla biləcək bir mövqedədir.
Budur, Tolstoyun gündəlik həyat, əxlaq, yaxşılıq, ərdəmi ətrafında
dolaşan qaydaları ...



1. Səhər saat 5.00-da oyan.

2. Axşam saat 22.00 olmadan yatağa gir.

3. Gün içində ən çox iki saat yatmaq qəbul ediləndir.

4. Məqbul səviyyədə yemək ye.

5. Hər gün bir saat gəz.

6. Şirniyyatlardan uzaq dur.

7. Yalnız ayın 2 gününü istədiyin bir qadına ayır.

8. İşinə yaraya bildiyin insanları sev.

9. Məntiqə uyğun gəlməyən heç bir ümumi, xalq görüşünü nəzərə alma.

10. Bir anda yalnız bir işə fokuslan.

11. Lazımlı olmadıqca xəyallarda çox uçma.



İlk olaraq 11 ədəd olan bu qaydalara Tolstoy zamanla yenilərini əlavə edir. Bunlardır:

12. Əsla duyğularını göstərmə.

13. Haqqında başqalarının nə düşündüyünü önəmsəmə.

14. Yaxşı şeyləri gözə çarpmayacaq şəkildə et.

15. Qadınlardan uzaq dur.

16. Çox çalışaraq arzunu basdır.

17. Daha az bəxtli olanlara kömək et.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!