Həyata baxış bucağınızı dəyişdirəcək 15 fəlsəfə kitabı

Həyata baxış bucağınızı dəyişdirəcək 15 fəlsəfə kitabı
Maraqlı məlumatlar
10.09.2017 9
Bir düşüncə qavramı olaraq fəlsəfə, siyasətdən, sənətə, dindən elmədək
hər faktı və anlayışı özünə obyek edə bilir. Bu səbəbdən fəlsəfənin
və fəlsəfi düşünmə tərzinin inkişaf etmədiyi toplumlarda bir çox başqa
sahənin daha zəif olacağı irəli sürülə bilər. Dolayısıyla sorğulayan,
incələyən, araşdıran, fəlsəfi baxış açısı olan bir zehnə çatmaq həm
fərd həmdə kütlə həyatı üçün son dərəcə vacibdir. Bu baxış açısını
qavramaqda ən vacib üsullardan ilki də həyatı, dünyanı, insanı və özünə
obyekt etdiyi fakt ya da anlayışı bu tərzdə dəyərləndirə bilən yazıçı və
alimlərin mətnləri ilə bir başa təmas qurmaqdır.

Xəbərimizdə
fəlsəfə ilə maraqlanan və bəhs etdiyimiz baxış açısına çatmağı
hədəfləyən hər kəsin mütləq oxuması lazım olan 25 kitabdan bəhs
edəcəyik. İnsan, həyat və dünya üzərində düşünmək və söz demək hər kəsin
oxuması lazım olan kitablar …



1. "Dövlət", (e.ə. 380) Platon
Uaythed Alfred Nort ( Alfred North Whitehead), "Fəlsəfə tarixi Platona
düşülən haşiyələrdən ibarətdir” deyirdi. Dialoqlarında müəllimi Sokratı
danışdıran Platonun məhşur kitabı " Dövlət” yüz illərdir siyasətə və
dövlət fəlsəfəsi üzərinə baş sındıranların, " ideal dövlət, cəmiyyət
necə olmalı?”, deyə soruşanların təkrar-təkrar oxuduğu bir kitabdır.
"Dövlət” oxunmadan siyasət üzərinə söylənən hər şey əksik olacaqdır …



2.
"Nikomax etikası " (Nikomakhos'a Etik), (e.ə. 350) Aristotel Fəlsəfə
tarixinin ən çalışqan filosoflarının başında gələn, yüzlərcə il fəlsəfi
paradiqmaları təyin etmiş olan Aristotelin oğlu olan
Nikomaxa(Nikomakhos) həsr etdiyi etik kitbadır.



3.
Nikkolo Makiavelli Niccolò Machiavelli " Şahzade” (The Prince),
(1532). Bu gün Makiavelist sözünü duyduğumuzda ağıla siyasi iqtidar və
mənfəət uğruna hər şeyi edə biləcək, heç bir etik dəyəri olmayan şeytani
bir tip gəlir. Bu söz italyan siyasət fəlsəfəcisi Nikkolo Makiavellinin
adından yaranmışdır. Makiavelli, başqa kitablar yazmış olmasına
baxmayaraq ona pis şöhrəti əsas olaraq "Şəhzadə” isimli kitabı
qazandırmışdır. Makiavelli, bu kitabında iqtidar sahiblərinə nöbənöv
məsləhətlər verməkdədir. Ancaq əksəriyyəti yaxşı olmayan deyə
biləcəyimiz bu məsləhətlər, əslində Makiavellinin ideal metod dizynında
yoxdur. O,"Şahzadə”də olması lazım olanı deyil, olanı anlatmışdır.
Makiavelli bu əsərilə siyasət elminin qurucusu qəbul edilmiş və demək
olar ki, Marksdan sonra düyna siyasətinə ən çox təsir edilən isim
olmuşdur.



4. "Meditasialar", (1641) Rene Dekart
(René Descartes) Tam ismi "Tanrı'nın Varlığının və Ruhun ölümsüzlüyünün
şərh edildiyi ilk fəlsəfə üzərinə düşüncələr” olan " Meditasialar” da
Dekart "ilk fəlsəfə” olaraq Tanrının varlığı başda olmaqla ən geniş
əlaqələrilə metafiziki mövzu seçir. Dekartın "cogito ergo sum"
(düşünürəm o halda varam) məsləhətinin təməllərindən biridir.



5. "Leviathan”, (1651) Thomas Hobbs "Leviathan" Thomas Hobbs tərəfindən
yazılmış siyasət, dövlət və hüqüq fəlsəfəsinin təməl mətnlərindəndir.
Leviathan anlayışı bu əsərdə mütləq güc və səlahiyyətlərə sahib suverən
dövləti ifadə etmək üçün istifadə edilir. Kitab cəmiyyət müqaviləsi
nəzriyyəsinin ən əski misallardından biri olaraq qiymətləndirilir.



6.
"Etika", (1677) Benedikt Spinoza (Baruch Spinoza) Latınca yazılmış olan
kitab, Spinoza vəfat etdikdən sonra çap edilmiş və onun ən məhşur əsəri
olmuşdur. Spinoza yaşadığı müddətdə bir çox təzyiqlərə məruz qalmış,
"Etika” hələ çap edilmədən müəyyən mühitdə oxunub, mübahisələrə vəsilə
olduğuna görə, Spinozanın özü tərfindən çap edilməsi istənməmişdir.



7.
"İnsan əqli üzərində təcrübə " (1690) Con Lokk ( John Locke) "İnsan
əqli üzərində təcrübə " yüz illər boyunca Qərb fəlsəfəsinin şah
əsərlərindən biri olma xüsusiyyətini qorumuşdur. Lokk əsərlərində
məlumatların mənbəsinin təcrübədə və duyumlarda olduğunu, ruhun da
bunlara dayanaraq düşünəcni inkişaf etdirdiyi irəli sürülməkdədir.



8. "İnsan biliyinin prinsipləri haqqında ", (1710) Corc Berkli ( George
Berkeley) "İnsan biliyinin prinsipləri haqqında" dünyada yalnız
ruhların və bu ruhların əsas mövzusunun var olduğunu, buna qarşılıq
maddənin var olmadığını önə çəkən ingilis filosof Corc Berklininən
önəmli əsəridir.



9. " İnsanı anlama sənəti üzərində
bir hesabat ", (1748) Devid Yum (David Hume) "Insani anlama sənəti
üzərində bir hesabat" isimli əsərində Devid Yumun insan ağlının
sərhədləri mövzusunda düşündürücü anlayışları və problemlərindən söhbət
açır. Modern fəlsəfənin ən təsirli səbəbiyyət qaydalarından birini irəli
sürər.



10. "Cəmiyyət müqaviləsi", (1762) Jan Jak
Russo (Jean-Jacques Rousseau) Məhşur fransız aydınlanma filosofu Jan
Jak Russo tərəfindən yazılan " Cəmiyyət mü



11.
"Saf ağlın tənqidi ", (1781) Immanuel Kant "Saf Ağılın tənqidi" bütün
fəlsəfə tarixinin ən böyük filosoflarından biri olaraq qəbul edilən
İmmanuel Kantın ən vacib əsərləri sırasındadır.



12.
" Ruhun fenomenologiyası ", (1807) Georq Vilhelm Fridrix Hegel (Georg
Wilhelm Friedrich Hegel) "Ruhun Fenomenologiyası", fəlsəfənin ən çox
mübahisə edilən və daim özünə dönülən isimlərindən olan böyük alman
filosofu Hegelin təməl mətnlərindən biridir.



13.
"İstəmə və dizayn olaraq dünya ", (1819) Artur Şopenhauer (Arthur
Schopenhauer) Şopenhauerin fəlsəfi düçüncələrinin təməlini və mərkəzini
əmələ gətirən bu əsər eyni zamanda onun şah əsəri olaraq
qiymətləndirilir.



14 "Qorxu və titrəmə” Sorn
Kyerkeqor (Soren Aabye Kierkegaard) Ekzistensializm qabaqcıllarından
danimarkalı filosof və teoloq olan Sorn Kyerkeqorun əsas kitablarından
"qorxu və titrəmə” –də oxunması lazım olan kitablardandır.



15.
"Kommunist Manifesti", (1848) Karl Marks - Friedrich Engels "Kommunist
Manifesto" Karl Marks ve Friedrich Engels tərəfindən yazılan ilk
kommunizim bəyənnaməsidir. Marx ve Engels, "Kommunist manifesti "də ,
proletariyanın burjua nizamını və istehsal vasitələrinin mülkiyyəti bir
çevrilişlə aradan götürərək sinifsiz bir cəmiyyət nizamını
reallaşdırılması lazım olduğunu bildirər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!