Dahilər nə yeyirdi?

Dahilər nə yeyirdi?
Maraqlı məlumatlar
10.09.2017 11
Dahilik
qədim zamanlardan bəri insanları düşündürən xüsusiyyətlərdən biridir.
Kimi dahiliyin anadangəlmə olduğunu düşünür, kimi də hər insanın özünü
inkişaf etdirərək dahilik mərtəbəsinə yüksələ biləcəyinə inanır.
Bəziləri isə dahiliyi yeyib-içdiklərimizin beyin fəaliyyətinə olan
təsiri ilə əlaqələndirir.

 

Bəs görəsən, dahi olmağın yolu mətbəxdən keçə bilərmi?

 

Dünyaca
məşhur bir çox professor hazırda bu ideyaları araşdırır. Hətta bir çox
diyetoloq, yazar və psixoloq qidalanma vərdişləri ilə dahilik arasındakı
əlaqədən bəhs edən kitablar nəşr etdirib.

 

Maraqlıdır,
bu kitablarda da qeyd edildiyi kimi, rəssam, musiqiçi, yazar olmasından
asılı olmayaraq, dahilərin çoxu yeyib-içmək düşkünü olub.

 

Pablo Pikasso

İspan
rəssam Pablo Pikassonun əsərləri çoxlarına qeyri-adi görünə bilər.
Ancaq rəssamın damaq dadı ənənəvi dadlara meyilli olub. O, zeytun yağını
mətbəxindən əskik etmirmiş. Alça və fıstıqdan hazırlanan sousla
bişirilən göyərçin ən sevdiyi yeməklərdən olub. Ov mövsümündə dağ keçisi
yeməyi xoşlayıb. Pikasso dostlarla birlikdə yeyilən yeməyin daha dadlı
olduğunu düşünüb. Tez-tez bohem restoranlara baş çəkib. Ən sevdiyi yemək
isə "Paelya” olub (red: Paelya milli ispan yeməyidir. Düyü, dəniz
məhsulları və sarıkökdən hazırlanır).

 

Pyer Oqüst Renuar

Fransız
rəssam Pyer Oqüst qurman kimi tanınan dahilərdən olub. Gənclik
illərində çətinliklərlə üzləşən Pyer sonralar rəsmlərinin satışından
gələn gəlirin böyük hissəsini dadlı yeməklərə sərf edib. O, mətbəxinə
yalnız keyfiyyətli məhsulları daxil edib. Məsələn, dəniz məhsullarından
hazırlanan şorba istəyəndə, xüsusi olaraq Marsiliyadan kiçik xərçənglər
gətizdirirmiş. Qaya balıqlarını və təzə razyananı isə yalnız Liondan
alırmış.

 

Marsel Prust

"İtmiş
zamanın izində” əsəri ilə dünya ədəbiyyatında özünəməxsus iz qoyan
yazıçı Marsel Prust da qurman olub. Deyilənə görə, Marsel Prust heç vaxt
çörək yeməyib, o, masada çörək görəndə süfrədən qalxırmış. Yazıçının
kitabları kimi, təşkil etdiyi ziyafətlər də səs-küylü olub. Marselin
əsgər yoldaşlarına verdiyi ziyafətlərdən birində süfrədə aşağıdakı
yeməklər olub:

 

Xərçəng salatı, şampan şərabında bişmiş kəklik, qarağat sousunda ördək, şabalıd püresi və küldə bişmiş kartof.

 

Həmin ziyafət gecəsində süfrəni ölkənin ən bahalı şərabları bəzəyib.

 

Aqata Kristi

Ən
çox oxunan detektiv romanların müəllifi Aqata Kristi də yeyib-içmək
həvəskarı olub. O, səksəninci ad günü mərasimi ilə bağlı gündəliyinə
bunları yazıb:

 

"Vineqret souslu avokado, içi kremlə doldurulmuş xərçəng, qara tutlu dondurma. Necə də ləzzətlidir!...”

 

Deyilənə
görə, Aqata Kristi romanlarını kərəyağı çəkilmiş çörək dilimləri
yeyə-yeyə yazıb. Badamlı keks isə ən sevdiyi şirniyyat olub.

 

Onore de Balzak

Fransız
yazar Balzak da çox yeyimcil olub. O, yeməklərinə əlavə edilən
xərçənglərin Ostindən, dilbalığının isə Normandiyadan gətirilməsini
istəyib. Yazıçı qaz ciyərini, qızardılmış kəkliyi, ananas qızartmasını
süfrəsindən əskik etmirmiş. İş o yerə gəlib çatıb ki, Balzak yemək
bişirə bilən qadınlara eşq elan edib.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!