AĞ GƏLİNLİK VƏ NİŞAN ÜZÜYÜ NƏYİN RƏMZİDİR?

AĞ GƏLİNLİK VƏ NİŞAN ÜZÜYÜ NƏYİN RƏMZİDİR?
Maraqlı məlumatlar
10.09.2017 1
Qədim Romada gəlinliklərin rəngi sarı idi. Orta çağlarda isə gəlinliyin rəngi məsələsinə o qədər də fikir verilmirdi. Parçanın keyfiyyəti və görünüşü daha vacib idi. Hər kəs ən yaxşı paltarını geyinirdi, rəng də hər kəsin öz seçiminə görə idi.
Bəyaz gəlinlik adətinin yaranması 16-cı yüzillikdə olmuşdur. Bu illərdə kral ailəsi gəlinlərinin gümüşü rəngdə gəlinlik geyinmələri ənənə idi. Sonra Kraliça Viktoriya bunu rədd edib və bəyaz gəlinlik geyinmələri üçün israr edib. Bundan sonra ingilis və fransız yazıçılar bəyaz rəngin məsumiyyətin simvolu olduğu mövzusunda yazmağa başlayıblar. Beləliklə, əxlaqi baxımdan bakirəlik evliliyin əsas şərti olduğu üçün ağ gəlinlik yayılıb.
Evlənərkən bəyaz geyinmək gənc qızların bakirəliliyini cəmiyyətə elan etmə vasitəsi oldu.
Gəlinliklə bağlı bəzi inanclar da var. Bunlara görə bir qızın gəlinliyini özü tikməsi, bəyin toydan qabaq onu gəlinlikdə görməsi, gəlinliyini toydan qabaq geyinməsi uğursuzluq gətirir.
Nişan üzüyünün yaranma tarixi isə belədir.İnsanların evlənməmişdən əvvəl üzük taxmaqları qədim misir inancalarına dayanır. Milad təqvimindən 2800 il əvvəl Misirdə yaşananlar dairənin və ya halqa şəklindəki cisimlərin, başlanğıc və bitik nöqtələrinin olmaması səbəbi ilə sonsuz sevgini təmsil etdiyinə inanırdılar. Üzük evliliyin sonsuzadək davam edəcəyinin simvoludur.
Sonra bu inanc və adət romalılar tərəfindən geniş yayıldı. Arxeoloji qazıntılarda belə üzüklərə çox rast gəlinib.
Nişan üzüyünün sol ələ və sonradan başqa ələ taxılmasının səbəbi isə modern tibbin inkişafından öncəki dövrlərə aiddir. O zamanlarda qan dövranı sistemindəki ana damarın sol əlimizdə bu barmaqdan başlayıb qəlbimizə getdiyi zənn edilirdi. Bura taxılan üzüyün sevənlərin bir qəlbə bağlılığını göstərirскачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!