Barmaqların suda qırışmasının mükəmməl sirri

Barmaqların suda qırışmasının mükəmməl sirri
Maraqlı məlumatlar
10.09.2017 16
Barmaqların suda uzun müddət qaldıqda, qırışmasını dərinin süngər kimi suyu çəkməsilə əlaqələndirilirdi.



Alimlər bunun başqa səbəbdən baş verdiyini aşkar ediblər.

 

İngilis
"Biology Letters" jurnalında dərc olunan araşdırmaya görə,
İngiltərədəki Newcastle Universitetinin alimlərinin araşdırması göstərir
ki, qırışmış barmaqlar yaş olduğu halda daha yaxşı qavrama
qabiliyyətinə malikdir.

 

Suda uzun müddət qalanda
dərinin formasını dəyişməsi süngərəbənzər xüsusiyyətindən deyil, yaş
obyektləri daha yaxşı tuta bilməsi üçündür.

 

Tədqiqatçılardan
Tom Smulders, bunun, avtomobillərin şinlərinə bənzərliyini bildirib.
Onun sözlərinə görə, şinlərin yaxşı yol tutmasını üçün onların üzərində
olan arakəsmələrlə qırışlar demək olar ki, eynidir.

 

Smulders və qrupu, könüllülərdən əvvəl əlləri quru olaraq fərqli ölçülərdəki diyircəkləri tutmalarını istəyib.

 

Daha
sonra alimlər könüllülərə, əllərini 30 dəqiqə isti suda saxlandıqdan
sonra bu prosesi, həyata keçirmələrini bildirib. İştirakçıların qırışmış
barmaqlarla yaş diyircəkləri daha tez tutduqları müşahidə olunub.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!