Hara tələsirik?

Hara tələsirik?
Maraqlı məlumatlar
10.09.2017 27
Eynşteyn
nisbilik nəzəriyyəsini yaratdı və nəticədə Yerdəki zaman anlayışı ilə
kosmosdakı zaman anlayışı arasında fərqi başa düşdük. Bu inqilab idi.
Buna baxmayaraq, elə yerin özündə də müxtəlif məkanlar arasındakı zaman
anlayışı fərqlidir. Zaman tamamilə məkanın əsasında formalaşan
fenomendir. 



Bakının
timsalında şəhər həyatının necə də dinamik olduğunu müşahidə edirəm və
heç də ürəyim açılmır. Heç nə etməsək belə, həmişə harasa tələsir və
şəhər dinamizminin içində itib batırıq. Qəribə yarış və status hərisliyi
zaman anlayışını elə didib dağıdır ki, onu ancaq rəqəmlərdə görüb,
sadəcə nostalgiya çərçivəsinədək cılızlaşdırırıq. Halbuki, dünyanın hər
hansısa yerində, təsadüfi kəndində sadə bir kəndçi tələsmədən ev
təsərrüfatının idarəçiliyi ilə məşğul olur: heyvanların yemləyir,
bağ-bağatına əl gəzdirir, əkin əkir və s. Onun üçün zaman daha canlı və
hiss edilən anlayışdır. O, hər gün qulaqcıqdakı rəqəmsal musiqini deyil,
təbiəti dinləyir. O, qaz sobasının istisinə deyil, yaz vaxtı nəm
çır-çırpının hikkəli alovuna qızınır. O, sosial şəbəkələrdə deyil, canlı
insanlarla ünsiyyət qurur. O, film deyil, ulduzlu səmanı izləyir. O,
sadəcə yaşayır. Şəhər insanı üçünsə zaman sadəcə mexanizmdir və plandakı məqsədlərə çatmaqda əsas meyardır. 



İnsanın
yaşadığı mühit onu formalaşdırır. Sadə məntiqlə düşünəndə, gərgin,
çirkli, saxta, primitiv mühitin, başqa sözlə, şəhər həyatının insanı
necə formalaşdıracağı haqqında düşünürəm. Hələ mən KİV-i, uşaqlığın küçə
macəralarını və ujas filmlərini xatırladacaq ictimai nəqliyyatı nəzərə
almadım. 



Sakitləşməyə,
səmimiliyə, təmizliyə ehtiyac böyükdür. İnsan öz təbiətini təbiətdən
uzaq öyrənə bilməz. Sakitləşmədən, tələsməkdən can qurtarmadan,
ehtirasdan azad olmadan biz daima ac qalacağıq. 



Sanki,
ruhumda qara dəlik var. Hər şey onun içində yox olur, heçliyə çevrilir.
O böyüyür və güc qazanır. Boşluğun içində tələsməkdən mənasız nə var?

 

Müəllif: İbrahim Niftiyevскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!