Osmanlıda "Validə Sultan"lar kimlərdir?

Osmanlıda
Maraqlı məlumatlar
10.09.2017 29
Validə Sultan - Osmanlı Sultanının analarına verilən tituldur..

Əri vəfat edən xanımlar "Köhnə saray"a yollanardılar və əgər
İmperator olacaq oğulları yox idisə, ömürlərinin sonuna qədər orda
yaşayardılar. Yox, əgər övladları padşah olardısa, onda yenidə Saraya
qayıdar və Validə Sultan olaraq bir çox mühüm işlərin qulpundan
yapışardılar.

Köhnə Saraydakı qadınlar həyatlarının qalan hissəsini ümumiyyətlə ibadətə verər, xeyirxahlıqla məşğul olardılar.

Osmanlı padşahları arasında ən çox qadınla evlənən I Abdulməcid olub.
Onun 11 qadın əfəndi, 8 iqbal və 3 görümcəsi olmaqla ümumilikdə 22
xanımı olub. Bununla yanaşı, Yavuz Sultan Səlim, II Səlim, III Mehmet,
IV Murad və II Əhmədin – bir, Osman Qazi, Çələbi Sultan Mehmet, III
Əhməd, II Osman və III Osmanın – iki xanımı olub. I Mustafanın isə
xanımının olmadığı təsbit olunub.

Osmanlı Hərəminin ən məşhur qadını I Əhmədin xanımı, IV Muradın anası Kösəm Sultan (Mahpeyker Sultan) olub;

Evliliyi ən davam edən isə II Mehmetin 6-cı xanımı Anna Xatundur;

III Muradın Baş xanımı, III Mehmetlə, Ayşə Sultanın anası Safiyə
Validə Sultan (Venedikli Baffo) isə cariyə olmasına baxmayaraq, Osmanlı
hərəmində dövlət işlərinə ən çox qarışan qadın olaraq tarixə düşüb...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!