Fateh Sultan Mehmet haqqında

Fateh Sultan Mehmet haqqında
Maraqlı məlumatlar
10.09.2017 16
Fateh Sultan II Mehmet hərbi
qələbələri və siyasi dühası ilə Osmanlı imperiyasını gücləndirdi.
Osmanlı dövləti 300 il ərzində Avropanın və Asiyanın ən qüdrətli
dövlətlərindən biri oldu və bu təbii ki, bu Fateh Sultanın təməlini
qoyduğu böyük yüksəlişin nəticəsi idi.

Budan başqa o, dövrün ən savadlı
şəxsiyyətlərindən biri idi. Uşaqlıq illərində Məhmədin müəllimləri ondan
çox şikayətçi olmuşdu. Buna görə də atası Sultan Murad oğlunun
tərbiyəsi üçün dövrünün böyük üləması Molla Giraniyə bir dəyənək vermiş,
lazım gələrsə, Məhmədi bu dəyənəklə döyməyi əmr etmişdi. Buna
baxmayaraq Məhməd elmə birinci dəfə taxtdan enməsindən sonra maraq
göstərmiş və Giranidən bütün elmləri öyrənmişdi. II Mehmed 7 dil bilirdi
və müəllimləri içində xristian alimlər də vardı. Sultan Məhməd latın
qrafikasını bilən ilk Osmanlı sultanıdır. Onun rəssamlığa və şairliyə
böyük həvəsi vardı. Şerlərini «Avni» imzası ilə yazırdı. Hazırda Topqapı
muzeyində rəsmləri və latın qrafikasında yazdığı şerlərin qaralamaları
sərgilənməkdədir. Bundan başqa Fateh gözəl mühəndisdi, o özü top və
körpü layihələri hazırlayır və onları inşa etdirdi. Rum eli divarının da
Fatehin layihəsi əsasında inşa edildiyi bildirilir.

Fateh Sultan Məhməd həmçinin dövrünün ən
böyük islam alimlərindən biri hesab olunurdu. Onun irfani elmə
bələdliyi dövrünün ən böyük islam və xristian dini liderlərinin
savadından geri qalmırdı. Çoxlu sayda məktəblər açdırmış, getdiyi
yerlərdə məscidlər inşa etmişdi. Dövlətin idarə olunması üçün
«Qanunnamə» hazırlamışdı.

Fatehin uzun boylu, dolu yanaqlı,
qırmızı-ağ rəngli, qartal burunlu, uzun qollu birisi olduğu bildirilir.
Çox böyük sərkərdə və strateq idi. Savaşlara birbaşa özü rəhbərlik
edirdi. 30 illik səltənəti zamanında 25 səfərdə olmuşdu. Bütün
savaşlarını qalibiyyətlə başa vurmuşdu. Atasından aldığı 900 000 kvadrat
kilometrlik ərazini 2.214.000 kvadrat kilometrə çatdırmışdı.
Hakimiyyəti boyunca ona 14 sui-qəsd edilmişdi. Babingerin yazdığına görə
venetsiyalıların hazırladıqları sonuncu sui-qəsddən qurtula bilməmişdi.
Öz doktoru Yaqub Paşa tərəfindən məlum olmayan zəhər axırına çıxmışdı.

Öləndə 49 yaşı vardı. 30 mart 1432-ci
ildə doğulmuşdu. Anasının yəhudi əsilli olduğu güman edilən kölə qız
Huma Xatundu. Sultan Muradın 4-cü oğlu idi. Özündən böyük iki qardaşı o
hələ uşaqkən vəfat etmişdi. 7-ci Osmanlı sultanı idi.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!