İstanbulun fəthi

İstanbulun fəthi
Maraqlı məlumatlar
10.09.2017 32
Fateh Sultan Məhmədin qarşısındakı tək
hədəf Konstantinopolun fəthiydi. Qaramandan geri dönən sultan dövlət
divanını toplayır. Məşvərətdə ancaq bir məsələ ilə müzakirə aparılır:
Bizansın fəthi. Sədərəzəm Xəlil Paşa qətiyyətlə Bizansın fəthinə qarşı
çıxır. Paşaya görə, birinci, onlar Konstantinopolu fəth edə
bilməyəcəklər və bu da osmanlının bölgədəki avtoritetinə ciddi ziyan
vuracaqdı. Digər tərəfdən, hətta Konstantinopol fəth edilsə belə, bundan
sonra Avropa dövlətlərinin xaçlı yürüşü baş verəcək və Osmanlı böyük
savaşa sürüklənəcəkdi. Bəzi tarixçilərin iddiasına görə divandan öncə
Konstantinopoldan gələn elçilər paşanı ziyarət edib və ona Bizans
imperatorunun hədiyyəsi olan bir balıq gətiriblər. Bu balığın qarnında
xəzinə sayılacaq bir ləl-cəvahirat olduğu bildirilir.

Lələ Şəbahəddin Paşa və Zaqaros Paşa
Sədərəzəm Xəlil Paşanın fikirləri ilə razılaşmadılar. Qarşıdurma son
həddə çatsa da, divan Konstantinopolun mühasirəyə alınmasına qərar
verdi. Taxta çıxdığı ilk gündən Konstantinopolun fəthi üçün hazırlıq
görən Sultan Məhməd Anadoludakı və Ədirnədəki qüvvələrin Konstantinopola
doğru hərəkət etməyi əmrini verdi. Həmin vaxt Osmanlı ordusu dünyanın
ən inkişaf etmiş ordusuydu. Sultan özü top düzəldilməsində iştirak edir,
yeni top layihələri hazırlayırdı. Bundan başqa o dövrün ən böyük top
ustası olan macar Urban Osmanlılarla işləyirdi, o dövrün «Şah»ı adlanan
ən böyük topu düzəltmişdi. Osmanlı ordusu 23 mart 1453-cü il tarixində
Ədirnədən hərəkət etdi. Sultan Məhməd hələ 21 yaşına çatmamışdı.

120 minlik ordu (müxtəlif mənbələrdə say
fərqlidir) aprelin 2-də Konstantinopola yaxınlaşdılar. Sultan Mehmet
imperatordan şəhəri təslim etməyi istədi. 50 minlik ordusuna, Genuya və
Venetsiyadan gələn köməyə, ən əsası isə Konstantinopolun keçilməz
divarlarına güvənən imperator Konstantin təklifi qəbul etmədi.
Konstantinopol sakinləri aprelin 6-da top səslərinə top səsinə
oyandılar. Şəhərə hər yerdən atəş saçılırdı.

Konstantinopolun çökməyi 53 gün sürdü.
İlk hücum uğursuz oldu. Dənizdən şəhərin girişi ağır zəncirlərlə
qorunduğundan Osmanlı gəmiləri gələn yardımın qarşısını ala bilmirdi.
Bizans və Osmanlı donanmalarının ilk çarpışmasında isə türk donanması
məğlub oldu. Bu durum Sultan Məhmədi özündən çıxardı. Sultan atını
dənizə sürdü və bağıraraq gəmilərin geri çəkilməsini əmr etdi.

20 gün sonra Osmanlı ordugahında böyük
bir ümidsizlik vardı. Sədrəzəm Xəlil paşanın tərəfdarlarının sayı
günü-gündən artırdı. Divan məşvərəti hətta mühasirənin qaldırılmasını
təklif etsə də, Məhməd bir mənalı olaraq təklifi geri çevirdi. Sultan
"Ya mən bu şəhəri alacam, ya da şəhər məni alacaq»-, deyərək divanı
bitirdi.

Şəhəri fəth etməyin tək bir yolu vardı.
Genuya və Venetsiyadan dəniz yolu ilə daxil olan köməyin qarşısını almaq
və şəhəri tam mühasirəyə almaq. Bunun üçün Osmanlı gəmilərinin Haliçə
keçirməyin yolu tapılmalı idi. Sultan şəhərə hücumun dayandırılmasını və
ordunun istirahət etməsini əmr etdi. Bir həftəlik istirahət zamanı
əsgərlər ətrafdakı ağacları qırır və tirləri indiki Dolmabaxça ilə Haliç
arasındakı quru əraziyə döşəyirdilər. Qala bürclərindən bunu izləyən
bizanslılar nə baş verdiyini kəsdirə bilmirdilər. Yalnız üzərinə zeytun
yağı sürülmüş gəmilərin tirlərin üstü ilə Haliçə endirildiyini görəndə
bizanslılar dəhşətə gəldilər. Sultan Məhməd normal insanın düşünə və
reallaşdıra bilməyəcəyi bir işi həyata keçirə bilmişdi. İki günün içində
70-ə qədər gəmi Haliçə endirilmişdi. Artıq Konstantinopol heç bir
yerdən ərzaq yardımı belə ala bilməyəcəkdi.

Son hücumu Zaqaros Paşa başlatdı. Türk
ordusu şəhərə topların şəhər divarlarında açdıqları dəliklərdən girdi.
May ayının 29-u idi. Yeniçərilər son həmləni vurmaq üçün şəhərə daxil
oldular və axşama yaxın şəhərdə müqavimət aparacaq güc qalmadı. Şəhər
hücumla alınmışdı və islam qaydalarına görə şəhərin yağmalanması
halaldı.

Yağma 3 gün sürdü. 3 gündən sonra Fateh
Sultan Məhməd şəhərə daxil oldu. Fateh atını dünya möcüzəsi olan Aya
Sofiyaya sürdü. Öncə burda namaz qılıb Allaha həmd etdi. Ardınca:
«Bundan sonra taxtım İstanbuldur», deyərək Aya Sofiyanın əbədiyyətə
qədər məscid olaraq qalmağını buyurdu.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!