Dünyanın ən qorxulu kitablarının siyahısı

Dünyanın ən qorxulu kitablarının siyahısı
Maraqlı məlumatlar
10.09.2017 11
Dünyanın ən qorxulu kitablarını siyahısını təqdim edirik.



Stiven Kinq - "Üzləşmə"

60 kitab və yüz yetmişə yaxın həcmli kiçik əsərlərin müəllifi.
Məşhuru "Üzləşmə" əsəri ən vahiməli əsərlərdən hesab olunur. Əsər
qorxunc virusun bütün planetə yayılmasından bəhs edir.



Meri Şelli - "Frankenşteyn"

Romanı 1812-ci ildə yazıb. Bir adamı canlandırmaq üçün ölülərin
hissələrini toplayan Viktor Frankenşteyndən bəhs edən əsər dünyanın ən
qorxulu kitabı hesab olunur. İnsanlar Frankenşteyni görmək istəmir,
ondan zəhlələri gedir. Ağlının itdiyini dərk edən Frankenşteyn yaşadığı
yeri tərk edir və öz idrakının geri qayıtması üçün çaba göstərir.



Q.Lavkraft - "Çılğınlıq silsiləsi"

Ekspedisiya qrupu qədim dövrün dəhşətli mənzərəsi ilə toqquşur,
Avstraliyaya yollanırlar. Orda onlar tərk edilmiş buzla örtülü şəhərlə
qarşılaşırlar. Lavkraft xəyali deyil, sanki real, olmuş bir hadisəni
yazırmış kimi nəql edir.



Şirli Cekson - "Təpədəki evin kabusu"

Kitab 1959-cu ildə yazılıb. Yazıçı təpələrlə əhatələnmiş evi təsvir
edir. Ordan heç nə görünmür, qaranlıq duman kimidir. Heç kim gecə vaxtı
orda qala bilməz. Daha sonra bura adamlar gəlir, onlar naməlum bir
canlının izlərini tapırlar. Stiven Kinq bu romanı keçən əsrin ən vacib
qorxulu əsəri hesab edir. 



Edqar Po - "Qara pişik"

Bir neçə qorxulu hekayə və romanların müəllifi 1843-cü ildə "Qara
pişik" əsərini bitirir. Bu əsərdə yazıçı öz ağrılarından qorxan
alkoqolikdən bəhs edir. Bu alkoqolik öz pişiyini öldürür. Yanmış evin
divarında onun pişiyinin silueti görünür.



Adolf Hitler - "Mənim mübarizəm"

Dünyanın ən qorxulu kitablarından biridir. Milyonlarla insanın
qətlinə yol açan bu kitab bəzi ölkələrdə qadağan olunub. Öz həyatından
və eləcə də nasist ideyasından bəhs edən "Mənim mübarizəm" kitabı qorxu
saçır.



Yakob Şprenqer və Henrix Kramer - "Cadugərin çəkici"

Dünyanın ən qorxulu kitablarından hesab olunan "Şeytanların çəkici"ni
danimarkalı inkvizitorlar - Yakop Şprenqer və Henrix Kramer yazıblar.
İnkvizisiyanın fəaliyyəti minlərlə insanın ölümünə səbəb olub. Orta
əsrlər Avropası üçün bu kitab sehrbazları və cadugərləri məhv etməyə
yarayıb.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!