Oftalmologiyamızın tükənməz xəzinəsi

Oftalmologiyamızın tükənməz xəzinəsi
Maraqlı məlumatlar
10.09.2017 5
Oftalmologiyamızın tükənməz xəzinəsi

onun fəaliyyətinə nəzər salarkən, bu dahi insanın genişmiqyaslı şəxsiyyət olması qənaətinə gəlmək olur.Zərifə xanımın fitri istedada malik 

novator alim, pak və nadir bir insan kimi yaşadığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyatyolu hər bir 

Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.

Onun elmi, tibbi və pedaqoji fəaliyyəti, hər kəs üçün örnək olan yüksək mənəvi keyfiyyətləri haqqında çoxsaylı məqalə, kitabvə əsərlər yazılıb və yazılacaqdır. 

Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığıtədqiqatlar, qazandığı nailiyyətlər, 

yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir. 


Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi, mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı xidmətləri o qədər zəngin vəçoxcəhətlidir ki, 

Akademik
Zərifə xanım Əliyeva oftalmologiyanın aktual mövzularına həsr edilmiş
çoxprofilli tədqiqatlar aparmış, fədakar həkim kimi bir sıra göz
xəstəliklərinin müalicəsində, o cümlədən Azərbaycanda traxomanın kökünün
kəsilməsində böyük əmək sərf etmiş, xəstəliyin müxtəlif mərhələlərinin
öyrənilməsi və müalicə metodlarının axtarılması yollarında dəyərli
elmi-tədqiqatlar aparmışdır.

 

Alimin
elmi fəaliyyətinin istiqamətlərindən biri gözün oftalmoloji,
histomikroskopik və histokimyəvi tədqiqinə həsr edilmişdir. Bu
istiqamətdə apardığı elmi-tədqiqat işlərinin nəticələri onun "Yaşla
əlaqədar gözün və görmə siniri yollarının dəyişməsi", "Gözün
hidrodinamik sisteminin anatomo-fizioloji xarakteristikası" adlı
monoqrafiyalarında geniş və ətraflı şəkildə öz əksini tapmışdır.

 

Zərifə
xanımın elmi fəaliyyətinin digər sahələrindən biri klinik diaqnostik
istiqamətdə apardığı tədqiqatlardır ki, onların da nəticələri həkimlər
üçün yazılmış dərs vəsaiti və monoqrafiyalarda cəmləşmişdir. Bu əsərlər
arasında "Kəskin virus konyunktivitləri", "Keratitlər, gözün damarlı
traktının, torlu qişanın, görmə sinirinin xəstəlikləri, kataraktalar",
"Qlaukoma və gözün hipertenziyası", "Görmə orqanının zədələnməsi", "Göz
yaşı axmasının fiziologiya və histologiyası", "Şəkərli diabetdə göz
xəstəlikləri", "Gözün mikrocərrahiyyəsi", "Göz bəbəyi haşiyəsinin
adaptasiya və müdafiə funksiyası" və b. oftalmoloji elmi-ictimaiyyət və
praktik həkimlər tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Alim göz yaşı
aparatının xəstəliklərinin öyrənilməsinə xüsusi diqqət yetirmiş, bu
sahəyə həsr etdiyi "Yaşaparıcı yolların fiziologiyası", "Yaşaparıcı
yolların cərrahi müalicəsi", "Göz yaşı yollarının qoruyucu cərrahiyyə
üsulları" və b. əsərləri ilə Azərbaycan lakrimologiyasının əsasını
qoymuşdur.

 

Bunlarla
yanaşı, Zərifə xanım Əliyeva nadir sahə olan iridodiaqnostika və
iridoterapiya problemləri ilə ciddi məşğul olmuş, bu sahəyə dair iki
monoqrafiya hazırlamışdır. Bu monoqrafiyalardan "İridodiaqnostikanın
əsasları" rəngli illüstrasiyalarla "Azərnəşr" tərəfindən, digər
monoqrafiya isə "İridodiaqnostika" adı ilə 1988-ci ildə Moskvada nəşr
edilmişdir. Xüsusi qeyd etmək lazımdır ki, dünya miqyasında
iridodiaqnostikaya aid kitabları ilk dəfə Zərifə xanım Əliyeva
yazmışdır.

 

Zərifə xanım Əliyevanın elmi fəaliyyətinin əsas istiqamətlərindən biri də peşə oftalmologiyasına həsr edilmişdir.

 

Zərifə
xanım sözün əsl mənasında bu sahənin ilk pioneri olmuşdur. Alim dünyada
ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran
elmi-tədqiqat laboratoriyası yaratmış və praktik olaraq elm aləmində
yeni bir istiqamətin – "peşə oftalmologiyası"nın əsasını qoymuşdur.
Oftalmologiyada peşə xəstəlikləri problemi Zərifə xanımın adı ilə
bağlıdır. Oftalmologiyanın sənaye ilə bağlı problemlərinin öyrənilməsinə
həsr etdiyi fundamental tədqiqatları alimə böyük şöhrət gətirmiş və onu
dünya oftalmologiyası məkanında məşhurlaşdırmışdır. Zərifə xanım elmdə
ilk dəfə olaraq yod və şin sənayesi işçilərinin görmə orqanında yaranan
peşə xəstəliklərini öyrənmiş və bu xəstəliklərin profilaktikası
tədbirlərini işləyib hazırlamışdır. Onun bu istiqamətdə apardığı
elmi-tədqiqat işləri dünya ədəbiyyatında analoqu olmayan nadir
tədqiqatlar sırasındadır. Zərifə xanım uzun illər respublikanın ondan
artıq iri sənaye müəssisələrində genişmiqyaslı elmi-tədqiqat işləri
aparmışdır. Göstərilən istiqamətdə apardığı elmi-tədqiqat işlərinin
nəticələri alimin "Şin istehsalatında gözün peşə patologiyası", "Xronik
yod intoksikasiyası zamanı oftalmologiya" və "Yod sənayesində gözün peşə
xəstəliyinin profilaktikası" kimi qiymətli monoqrafiyalarında öz əksini
tapmışdır. Görmə orqanının peşə patologiyası sahəsində apardığı
elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə görə akademik Zərifə Əliyeva
keçmiş SSRİ-nin oftalmologiya sahəsində ən mötəbər mükafat olan SSRİ
Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq
görülmüşdür. Məşhur oftalmoloq akademik M.Krasnov Zərifə xanımın görmə
orqanının peşə patologiyasının öyrənilməsinə həsr etdiyi tədqiqatları
yüksək qiymətləndirərək qeyd etmişdir ki, əcəl Zərifə Əziz qızına bir
neçə il də möhlət versəydi, o, oftalmologiya elmi sahəsində yeni kamil
bir məktəbin rəhbəri ola bilərdi.

';

Ülvi
keyfiyyətlərə malik olan akademik Zərifə xanım Əliyeva öz elmi
fəaliyyətində etika və tibbi deontologiya məsələlərinə xüsusi yer
vermişdir. O, bu mövzuya dair baxışlarını oftalmoloji ictimaiyyət və
praktik həkimlər tərəfindən böyük rəğbətlə qarşılanmış "Həkimin yüksək
vəzifəsi" və "Oftalmologiyanın aktual problemləri" monoqrafiyalarında
ətraflı işıqlandırmışdır. Zərifə xanımın mənəvi zənginliyi, vəzifə
borcuna, tibbi etika və deontologiyaya dair baxışları onun "Həkimin
əxlaqi tərbiyəsi, deontologiya, tibbi etika və əxlaq məsələləri"
əsərində daha ətraflı şəkildə əks olunmuşdur. Zərifə xanım dəfələrlə
deyirdi ki, həkimlə xəstənin birbaşa əlaqəsi müalicənin əhəmiyyətini
yüksəldir, xəstəyə ümid verir, orqanizmin xəstəliyə qarşı müqavimətini
artırır və bəzən dava-dərmandan da güclü təsir göstərir. Zərifə xanım
həkim və xəstənin qarşılıqlı münasibətlərinin əsas qaydalarını tərtib
etmiş, müalicə həkiminin diaqnostika və müalicə prosesində aparıcı
rolunu göstərmiş, bütün tibb işçilərinin təkcə təhsilinin yox, həm də
tərbiyəsinin vacibliyini ön plana çəkmişdir. Alim həkim-xəstə
münasibətlərinə toxunaraq, insanlar arasında ən incə, yaxın və həssas
münasibətlərin məhz həkimlə xəstə arasında olduğunu göstərmiş və "həkim
xəstənin ən doğma adamıdır" demişdir. Zərifə xanımın tibbi etika və
deontologiyaya dair məqalə və əsərləri ilə yaxından tanış olduqda, onun
bu sahəyə dair işlərinin daha geniş miqyasda olduğu və təkcə tibbdə
deyil, bütövlükdə cəmiyyətdə insanlar arasında münasibətlərə həsr
edildiyi məlum olur.

 

Azərbaycan
oftalmologiyasını dünya səviyyəsində tanıdan akademik Zərifə xanım
Əliyeva təbabətdə öz dəst-xətti olan novator bir alim idi. O,
elmi-pedaqoji fəaliyyətində təkcə çoxşaxəli elmi-tədqiqat işləri
aparmaqla kifayətlənməmiş, yüksək ixtisaslı gənc alim kadrların
yetişdirilməsinə və oftalmoloq-həkimlərin ixtisaslarının artırılması
işinə də xüsusi diqqət yetirmişdir.

 

Dünya
oftalmologiya elminin tanınmış simaları Zərifə xanım Əliyeva haqqında
tarixi sözlər demişlər. Moskva oftalmoloji məktəbi Zərifə xanımı
oftalmologiyanın mirvarisi adlandırırdı. Dünya şöhrətli oftalmoloq
akademik A.Nesterov demişdir: "Zərifə Əliyeva çox ağıllı insan və böyük
professional idi. Mən onu öz sahəsinin məşhur alimi hesab edirəm.
Oftalmologiyada o, bir nömrəli idi". Akademik N.Puçkovskaya "Xeyirxahlıq
Zərifə xanımın həyat tərzi idi" deyərək, alimin yüksək insani
keyfiyyətlərə malik olduğunu vurğulamışdır. Professor A.Brovkina onu
nəciblik və mənəvi paklıq timsalı adlandırmışdır. Professor N.Şulpina
Zərifə xanımı dünya şöhrətli alim adlandıraraq, "biz onu sevmişik,
sevirik və ömrümüzün sonuna qədər sevəcəyik" demişdir.

 

Görkəmli
dövlət və elm xadimi, bütün bilik və bacarığını xalqa xidmətə sərf
etmiş Əziz Məmmədkərim oğlu Əliyevin ailəsində dünyaya göz açan Zərifə
xanım valideynlərinə layiqli bir övlad, məşhur alim, tanınmış həkim,
istedadlı insan, sədaqətli ömür yoldaşı və qayğıkeş ana idi. Zərifə
xanımın mənəvi dünyasına yaxından bələd olan insanlar "sənsiz günəşsiz
qaldı günlər" deyirlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!