Çingiz xanın qəbri haradadır?

Çingiz xanın qəbri haradadır?
Maraqlı məlumatlar
10.09.2017 10
Çingiz xanın qəbri

Ölümündən
800 il keçdikdən sonra da Çingiz xanın qəbrinin axtarışları davam
edir.Ümumən Böyük Monqol imperiyasının banisinin qəbri çoxlarına
sakitlik vermir. Müəyyən qisim dünyanın fatehinin ölüm səbəbini bilmək
istəyir. Bəziləri qəbirdəki xəzinənin axtarışındadır (belə bir ehtimal
var). Amma qəbrin yerini müəyyənləşdirmək sanki açılması mümkün olmayan
sirdir. Bu məqsədə çatmaq üçün təkcə isanlar deyil, belə desək, təbiət
də çox çalışıb. 800 il ərzində dəyişmiş
təbii-çoğrafi mühiti nəzərdə tutulur. Tanınmış orta əsr tarixçisi
Fəzlullah Rəşidəddin özünün əlyazmalar toplusunda Çingiz xanın ölümü
barədə yazır ki, böyük sərkərdə Tanqut ölkəsinin sərhədlərindən kənarda
xəstəlik nəticəsində dünyasını dəyişib. O da deyilir ki, qəbir yerinə
aparan yoldakı bütün adamlar, hətta təsadüfən görünənlər belə öldürülüb.
Sonra qəbri qazanlar aradan götürülüb. Ardınca onları öldürənlərin
axırına çıxılıb. Başqa versiyada deyilir ki, hökmdarın basdırıldığı
məkanda sıx ağaclıq əkilib, hətta həmin yerə doğru çayın axını da
dəyişdirilib. Görünür, ərazinin möhkəm soyuqluğu da rolunu oynayıb.
Digər tərəfdən, böyük hökmdarın ölümündən sonra yaranmış əfsanəyə görə,
onun qəbrini tapan hər bir şəxs öləcəkdi. Buna görə də kimsə axtarışa
cəhd göstərməyib və uzun müddət beləcə davam edib. Daha bir ehtimala
inansaq, Çingiz xanın qəbri onun ölümündən 30 il sonra açılıb. Bəziləri
deyir ki, Çingiz xanın qəbrini Tuvada (Rusiya Federasiyasının tərkibinə
daxil olan muxtar vilayət) axtarmaq lazımdır.Çünki Monqol imperiyasının
banisinin vətəni tuvalıların yaşadıqları ərazidədir. Bezilerinin
fikrince Çingiz xanın qəbri şimal-qərbi Monqolustan ərazisinə təsadüf
edir ki, burada da etnik tuvalılar yaşayıblar. «Əgər Monqolustan
ərazisində Çingiz xanın qəbri aşkarlansa, bu, böyük geosiyasi rezonans
da doğuracaq». Bunu isə «Çingiz xan: həyatı, ölümü və yüksəlişi»
kitabının müəllifi Con Men deyir. Həm də Çində bir çoxu hesab edir ki,
Monqolustan Tibet kimi Çinin tərkibində olmalıdır. Vaxtilə Xubilay xanın
dövründə olduğu kimi.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!