Hər kəsin rəsmlə məşğul olması üçün 6 vacib səbəb

Hər kəsin rəsmlə məşğul olması üçün 6 vacib səbəb
Maraqlı məlumatlar
10.09.2017 8
Əvvəllər
rəngli boyaları ancaq uşaqlar üçün alırdılar. İllər keçdikcə mağazalar
böyüklər üçün də müxtəlif boya və digər rəsm vasitələrilə dolub-daşmağa
başladı. Bu təkcə indiki dövrün dəbdə olan hobbisi deyil, həm də bir çox
faydası olan məşğuliyyətdir. Həmin faydaların nələrdən ibarət olduğunu
gəlin birlikdə nəzərdən keçirək:



1. Rəsm çəkmək yaradıcı tərəflərinizi inkişaf etdirir.

Rəsmin
cizgiləri arasında qalan hissələrə boya çəkərkən, siz öz yaradıcılıq
potensialınızı aşkarlaya bilərsiniz. Rəsm çəkməyi sevən insanlar
problemlərə daha yaradıcı yanaşır və tez həll yolu tapmağı bacarırlar.

 

2. Neqativ düşüncələri uzaqlaşdırır.

Eynilə
meditasiyada olduğu kimi, rəsm çəkərkən də diqqətinizi ancaq məşğul
olduğunuz işə fokuslayırsınız və beləliklə də gərginlik və axmaq
fikirlər aradan qalxmış olur. Bu sanki beyniniz üçün ən yaxşı
istirahətdir.



3. Konsentrasiyanı gücləndirir.

Biz
o qədər də rahat bir dövrdə yaşamırıq. Təbii olaraq, diqqətimiz daima
iş, ev və digər məşğuliyyətlər arasında bir yerdə pozulur. Şəkil çəkmək
kimi diqqəti bir yerə yönəldən məşğuliyyət bu problemin üstündən gəlməyə
kömək edir.



4. İstənilən vaxt, istənilən yerdə başınızı qatmaq üçün əla vasitədir.

Təyyarədə
darıxırsınız?! Rəsm çəkin. İşdə özünüzü stressli hiss edirsiniz? Rəsm
çəkin. (əlbəttə ki, iş saatlarında deyil, nahar fasiləsində )Evdə məşğul
olmağa bir şey tapmırsınız?Yenə də köməyinizə gəlsin. Bir sözlə, bunu
hər yerdə edə bilərsiniz. Bu ki, əladır!



5. Fiziki bacarıqlarınızı inkişaf etdirir.

Rəsmdəki
xətlər arasındaki hissəni rənglədikcə, fiziki-vizual koordinasiyanız və
digər fiziki bacarıqlarınız daha da mükəmməlləşir.



6. Siz daha az narahat olmağa və gərgin olmağa başlayacaqsınız.

Rəngləmək,
rəsmlərlə məşğul olmaq stress atmağın ən səmərəli yoludur.
İnanmırsınız?  Yarım saatınızı hər hansı bir şeyi çəkməklə, yaxud
rəngləməklə keçirin və nəticələrinə özünüz də heyran qalın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!