Adi və müdrik valideyn arasındakı 7 fərq

Adi və müdrik valideyn arasındakı 7 fərq
Maraqlı məlumatlar
10.09.2017 8
Hamımız
uşaq olmuşuq, amma bunu tez tez unuduruq. Əslində hər bir valideyn
qəlbinin dərinliklərində uşaqlarla necə davranmalı olduğunu bilir, lakin
gündəlik qarışıqlıqların içində nə dözüm, nə müdriklik kifayət edir ki,
bunu dərk edərək hərəkət etsinlər.

Qadinlar.biz bununla
bağlı 7 ən vacib məqamı seçib sizlərlə bölüşmək qərarına gəldi. Qeyd
edilən məqamlar uşağın şəxsiyyətinin formalaşması ilə yanaşı,
valideynlərin ümumi tərbiyə prosesinə təsir edir. Beləliklə adi və
müdrik valideyn arasında əsas fərqlərə nəzər salaq:



1. Adi valideynlər əmindirlər ki, onların bütün boş vaxtı uşağa həsr olunmalıdır. Buna görə də, öz maraqlarını ikinci plana atır. Müdrik valideyn isə öz qeydinə qalmağa qadirdir, bunu etməklə, uşağına da eyni şeyi öyrədir.

2.
Adi valideyn axşamı uşağın dərs tağşırıqlarını etməyə həsr
edir. Müdriklər isə belə strategiyanı üstün tutur ki, uşaq etdiyi və
etmədiyi bütün işlərə görə özü məsuliyyət daşıyır.

3.
Adi valideyn pul və hədiyyələrlə günah hissini yox etməyə
çalışır. Müdrik valideyn müntəzəm olaraq uşağa cibxərci verir ki, bu
pulu ailə büdcəsinə daxil olmayan müəyyən şeylər və oyuncaq almaq üçün
özü düzgün şəkildə bölüşdürməyi öyrənsin.

4.
Adi valideyn uşağın niyə özünü pis apardığını aydınlaşdırmağa çalışmır,
bu halın həmin an aradan qaldırılması ona kifayət edir. Müdriklər isə
bütün gücüylə uşağı dinləməyə çalışır ki, özünü pis aparmağının
arxasında duran səbəbi öyrənsin və mümkün qədər ona kömək etsin.

5.
Adi valideyn uşağı tərbiyə edərkən, onun məqsədi layiqli insan böyütmək
olur. Müdrik olan isə uşaqla yaxın münasibətdə olmaq üçün əlindən gələn
hər şeyi edir.

6.
Adi ana-ata uşağı elə bir ab-havada böyüdür ki, nəticədə, onun boynunda
oturmasına icazə verir. Müdriklər isə dərk edir ki, onun "şəxsi
həyatı”na, öz maraqlarına, uşaqsız keçirdiyi boş vaxta tam haqqı var. O,
həm özünün, həm də övladının sərhədlərinə hörmətlə yanaşır.

7.
Adi valideyn ovladını bütün sıxıntılardan qorumağa çalışır, hətta uşaq
ondan kömək istəməyəndə də. Müdriklər isə uşağın səhv etməsinə imkan
yaradır, sonra isə birlikdə müzakirə aparırlar ki, bu vəziyyətdən hansı
müsbət dərs çıxarmaq olar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!