İndiki nəslin tez ruhdan düşməsinin 13 səbəbi

İndiki nəslin tez ruhdan düşməsinin 13 səbəbi
Maraqlı məlumatlar
10.09.2017 12
"İtirilmiş
nəsillər” sırasına bizi də aid edənlər var. Belə düşünənlər, bizim
arada qaldığımızı, buna görə də uğur qazanmağımızın çətin və hətta
mümkünsüz olduğunu deyirlər. Bütün bu bədbin fikirlərə tamamilə
qatılmasaq da, həqiqət payının olduğunu da dana bilmərik. Amma bəzən
həqiqəti öyrənə bilmək üçün arxa planda nələr olduğunu da görmək
lazımdır.Bu fikirlərin söylənilməsində əsas səbəb, bizim nəslin hər
şeydən tez bezməsi və asan yorulmasıdır.

Bəs bunun səbəbi olaraq nəyi görürlər? Gəlin birlikdə nəzərdən keçirək:



1. Aldadılmaq

Çak
Palanikin "Fight Club” əsərində dediyi kimi: "Uşaqlıqdan hamımıza
superqəhrəman ya da rok ulduzu olacağımız aşılandı. Amma heç birimiz
müasir kölələrdən başqa bir şey ola bilmədik.”

 

2. Bizi yarış atı kimi böyütdülər.

Təhsil
həyatımız boyunca normal şagird olmadıq. Bir yarış atı kimi böyüdüldük.
İndi də 09:00-18:00 arasında ofis dəhlizlərində qaçan yarış atları
kimiyik. Məhz buna görə də, lazım olduğunda yarışmağı rədd edirik və
start verilsə də, yerimizdən tərpənmirik.



3. Bərabərhüquqlu deyilik.

Bizə
doğulduğumuz gündən bəri bütün insanların bərabərhüquqlu olduğunu
öyrədiblər. Lakin, gündə 10-12 saat işlədiyi halda, minimum ödəniş
alanlarla, heç işləmədən o parti sənin, bu parti mənim deyib,
əylənənlərlə bərabər olduğumuz yalanını söyləyənlər, bizi heç cür buna
inandıra bilmədilər.

 

4. Qorxudulduq

"Ac
qalarsan, bacarmazsan, küçələrdə yatarsan.” deyə qorxudulduq. Amma heç
kim bədbəxt ola bilərsiniz demədi. Əsas məqsədimizin xoşbəxtlik olmalı
olduğunu demədilər Buna görə də sevmədiyimiz işlərdə çalışaraq,
aldığımız kiçik məbləğlərlə sürünməyə çalışdıq.

 

5. "Yaxşı insanlar hər zaman qalib olur,” dedilər.

Bunun əksinə bir çoxları bizim yaxşı insan olmağımızdan istifadə etdi.

 

6. Axmaq şoulara aldandıq.

Bu
şoularda sevgini hər zaman pulu və şan-şöhrəti olanlar yaşayır.
Sevgilinə doğum günündə son model avtomobil ala bilməsən, sənin beş
qəpiklik sevginin heç kimə bir faydası olmaz. Buna görə də
kimisə həqiqətən sevməkdən insanlar qorxmağa başladı.

 

7. Qapalı və ziddiyyətli sistemin içində çapaladıq.

Hər
günün eyni davam etdiyi, monotonluğun hökm sürdüyü həyatdan xilas ola
bilmədik. Etibar etdiyimiz insanlar tərəfindən paradoksun içinə
dürtüldük. Biz qaçmağa çalışdıqca, sistem bizi daha da içinə çəkdi.

 

8. Heç kimə heç nə bəyəndirə bilmədik.

Tənqid
etmək üçün gözləyən insanlar hər zaman tapılırdı. Onlar gördüyümüz
işdən heç vaxt razı qalmadılar. Boş tənqid etməkdənsə, işimizi necə daha
yaxşı görə bilməyimizi öyrətsəydilər, daha uğurlu olardıq.

 

9. Böyümək düşündüyümüz qədər əyləncəli bir şey olmadı.

Uşaqlıqdan
bəri həmişə böyüməyin xəyalını qurardıq. Böyüdükdə isə niyə belə bir
xəyal qurduğumuzu sorğulamağa başladıq. Çünki təsəvvürlərimizin tamamilə
əksi olan bir həyatın içinə düşmüşdük.

 

10. Sanki xidmət göstərən robotlarıq.

Məktəbdən
etibarən tək tip insan yaratmaq səyləri başladı. Bizi bir-biriylə
yarışda olan klonlara döndərdilər. Uğur qazanmaq, xoşbəxt olmaq kimi
mövhumlar isə bizə aşılanan yalanlardan ibatər idi. Əslində böyümək
məqsədimiz, kimlərəsə xidmət göstərməyə məcbur edilən robotlar olmaq
idi.

 

11. Nə etməyimiz deyil, bunu necə təqdim etməyimiz önəmli oldu.

Yediyimiz
yeməkləri, getdiyimiz yerləri, münasibətlərimizi sosial mediada
paylaşmaq mövcud olmaq hesab olundu. Bu olmadıqda mövcudluğumuz da şübhə
altna düşdü. Getdiyimiz hər yerdə check-in etdik, fotoları like etdik.
Hər zaman başqalarına gözəl həyatımız olduğunu sübut etməyə çalışdıq.

 

12. Nəhayət ki, tək qaldıq və özümüzə qapandıq.

Əslində
bizim kimi olan minlərlə insan olsa da, yenə də daxilən həmişə tək
idik. Bəlkə də lazımsız şeylərə bu qədər bağlanmağımız da, varlığımızı
hiss etmək cəhdlərinə görədir.

 

13. Sistem buldozer kimi üzərimizdən keçdi, əzildik.

Məhz
biz – hər şeydən tez bezən, tez yorulan, mübarizəni olduqca tez
dayandıran bir nəsil olduq. Sistemdən ayrılmaq cəhdlərimiz bir çox
hallarda özümüzə qarşı çevrildi. Lakin unutmayaq ki, bu sistemdən çıxmaq
üçün mübarizəni dayandırmamalıyıq, ancaq bu halda müvəffəqiyyət qazana
bilərik.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!