Hələ də ingiliscə danışa bilməməyinizin 5 əsas səbəbi

Hələ də ingiliscə danışa bilməməyinizin 5 əsas səbəbi
Maraqlı məlumatlar
10.09.2017 14
1. Siz qaydaları öyrənirsiniz, lakin məğzi dərk etmirsiniz.

İlk
dərslər zamanı hər kəs elə düşünür ki, ingilis dili sözlər və
qaydalardan ibarətdir. Guya 1000 söz və 16 zaman öyrəndiyin təqdirdə,
sərbəst danışa bilərsən. Ona görə də bacardıqları qədər çox söz və qayda
öyrənməyə çalışırlar. Lakin bu səhvdir. Azərbaycanca necə danışdığınızı
yada salın. Beyninizin işini müşahidə edin – sözlər sanki özləri
cümlədə düzülür və sizin bu prosesdə iştirakınıza ehtiyac qalmır. Siz
heç düşünməyə macal tapmamış, nitqinizdə sözlər meydana gəlir, mürəkkəb
cümlələr qurulur. Bəs bu sizdə necə alınır? Düşünməyin ki, şüuraltınızda
saxlanmış qaydalar və sözlər sizə kömək edir, xeyr, bu belə deyil. Biz
danışdığımız zaman ifadələri sıfırdan yığmırıq. Biz öz nitqimizi
qurmuruq. Xarici dil öyrənməyin də əsasında bu dayanmalıdır. Siz
qaydaları öyrənmək üçün çalışırmırsınız. Siz beyninizi məşq etdirməyə
çalışırsınız. İdmanda olduğu kimi.



2. Bütün məsələ dərsliklərdədir.

Təəssüf
ki, hətta çalışma dəftərləriylə olan ingilis dili dərslikləri də,
çalışmaq üçün kifayət qədər materialla təmin etmir. Müəllim sizə köhnə
"Murphy” kitabıyla yaxınlaşırsa, deməli düzgün yoldasınız. İngilis dili
ingilisdilli jurnallardan olan məqalələr, videolar, film və serialardan
fraqmentlərlə öyrədilə bilər. Belə bir mif mövcuddur ki, guya ancaq
sınanmış Britaniya dərslikləriylə dil öyrənmək lazımdır. Əslində isə
əsas olan öyrənmək texnikasını dərk etməkdir. Dərslik isə sadəcə olaraq
vasitələrdən biridir.

Hər hansı bir sözü və ya ifadəni yadda saxlamaq üçün:

1. Həmin sözü bir neçə dəfə oxuyun və qulaq asın.

2. Həmin sözü bir neçə dəfə müxtəlif situasiyalarda istifadə edərək yaddaşınıza həkk edin.

 

3. Özünüzə qəddar müddətlər qoyursunuz və təslim olursunuz

15
məşq ilə 15 kq arıqlamaq mümkün deyil – bu mədədəki maddələr
mübadiləsinin sürətiylə bağlıdır. O cümlədən də, dili 2 aya və ya 6 aya
tam öyrənmək mümkün deyil. Bir ildən az olmayaraq çalışmağa hazır olun,
başqa cür heç vaxt nəticə əldə edə bilməyəcəksiniz. Əgər kimsə sizə 3-6
ay ərzində dili tam öyrətməyi söz verirsə – deməli, burda nəsə düz
deyil. Bundansa özünüzə müəyyən müddətlər qoyun və məsələn, həftədə 3
dəfə 1 saat olmaqla ingilis dili öyrənin. Bu həftədə 1 dəfə 3 saat
oxumaqdan qat-qat daha faydalıdır.Sizə sakitlik və rahatlıq lazımdır.
Özünüzü bu şərtlərlə təmin edin.

 

4. Öyrəndiyiniz dil həyatınızın bir parçasına çevrilməyib

İnkişafı
sürətləndirmək üçün əla üsul – gündəlik həyatda özünü öyrəndiyin dillə
əhatələmək. Siz həmin dillə təkcə dərslərdə deyil, evdə, işdə,
əylənərkən də əlaqədə olmalısınız. Nə qədər çox olsa, bir o qədər
yaxşıdır.

• Telefon və ya kompüterinizin əsas dilini (interfeys) ingilis dilinə keçirin.

• Sosial şəbəkələrdə dili dəyişin.

• Sadə dildə yazılmış ingiliscə kitab götürün.

• Başlanğıc səviyyənin öhdəsindən gəlmisinizsə, ingilis dilində seriallara baxmağa başlayın.

Yeni başlayanlar üçün "Friends”, "How I met your mother”, "Doctor House” və sair kimi çox məşhur seriallar ideal ola bilər.

 

5. Siz hələ də xüsusi olduğunuzu düşünürsünüz

Xarici
dili öyrənmək bacarığı olmayan insanlar mövcud deyil. Ən azından bir
dili öyrənmək bacarığınız mütləq var. İki dili də… Beləliklə, hələ də
ingiliscə danışmaq sizdə alınmırsa, nələri nəzərinizdən qaçırdığınızı
düşünün:

• Öyrəndiyiniz şeylərin məğzini dərk etməyə çalışırsınız ya ancaq
qaydaları öyrənməklə məşğulsunuz? İndi artıq bilirsiniz ki, bu kifayət
deyil.

• Müəlliminiz sizinlə necə məşğul olur? Siz dərslik üzrə hərəkət
edirsiniz və o sizin inkişafınıza ciddi nəzarət edir? İndi artıq
bilirsiniz ki, dərslik sadəcə olaraq vasitələrdən biridir.

• Nə qədər tez-tez çalışırsınız? Əgər mütəmadi olmayaraq və nadir
hallarda çalışırsınızsa, deməli özünüz üçün daha rahat şərtlər
yaratmalısınız.

• Səbriniz nə qədər çatır? Əgər siz 3 aydan sonra nəticə
gözləyirdinizsə və alınmadığında təslim olmusunuzsa – təəccüblü heç nə
yoxdur. İndi bilirsiniz ki, nəticə tez əldə olunmur.

• Dərslər arasında nəylə məşğul olurdunuz? Özünüzü xarici dillə əhatələməyi bacarmısınızmı?

Uğurlar! Unutmayın ki, hər şey sizin arzunuzdan asılıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!