Bakı metrosunda...

Bakı metrosunda...
Maraqlı məlumatlar
10.09.2017 30
Bakı
Metrosu elə bir məkandır ki, burada siz spesifik insanlarla qarşılaşa
bilərsiniz. Sürətli və rahat evə getmək fikriylə daxil olduğunuz metro
stansiyasının girişindən etibarən sizi maraqlı insan tipləri
qarşılayacaq.

 

1. Metro kartı istifadə etməyənlər

Hər
gün metrodan istifadə etmələrinə baxmayaraq, bu tip insanlar qətiyyətlə
metro kartı almağa qarşıdırlar. Sistemə qarşı çıxan bu "metro
anarxistləri” ya saymazyana siz kartla keçməyə çalışarkən, onları da
keçirməyinizi əmr edir, ya da 20 qəpiklə yaxınlaşaraq kartınızla onları
da keçirməyinizi istəyirlər. Bəxtiniz həmin gün üzünüzə gülübsə, bu
tipin birinci növüylə qarşılaşacaqsınız.



2. Eskalatordan hərəkət edərkən sağda durmayanlar

Bakı
metropolitenin səsli və yazılı elanları, yolunu kəsdiyi adamların
etirazlarına baxmayaraq, eskalatorun solu həmişə dolu olur. Tələsdiyiniz
zaman keçməkeçli yllarla, ziqzaq hərəkət edərək özünüzə yol açmalı
olursunuz. Hə, sizə yol verərkən "sifət” edərək, narazıçılığını
bildirənlər də mütləq tapılacaq.



3. Stansiyada xəbərdarlıq xəttini keçən insanlar

Onlar özləri üçün yaratdıqları təhlükədən ya xəbərdar deyillər, ya da "risk etməyi sevən yoldaşlar”dırlar.

 

4. Qapı açılan kimi içəri daxil olmağa çalışanlar

Bakı
metrosunda ən çətin sınağı qatardan endiyiniz anlar ola bilər. Qapı
açılan kimi sanki öz evinə girirmiş kimi vaqona daxil olan insanlar
xüsusilə pik saatlarda əsəbinizi pozur. Düşərkən çantanızı, əşyalarınız,
qolunuzu, ayağınızı içəri dartışdırmağa çalışanlardan xilas olmaq üçün
bir xeyli tər tökməlisiniz.

 

5. Qapı tutmaq zarafatı

Bu
zarafat illərdir ki, nəsildən-nəsilə ötürülür. Bəziləri dispetçerin
əsəbi səsini eşitməyənə qədər vaqonların qapısını buraxmamaqda əyləncəli
bir şey görür. Ancaq nəzakətli davranaraq, gecikənlər üçün qapını
saxlayanları da unutmamaq lazımdır. Onların sayəsində qatara mindiyimiz
vaxtlar da az olmayıb.

 

6. Baxışları ilə insanları yerindən qaldıran xalalar

Bu
yazını oxuyan hər kəsin analoji baxışlara məruz qaldığına əminik.
Vaqona daxil olarkən bütün oturacaqları gözüylə sezən xalalar ən birinci
bəzən bir neçə gənci yerindən qaldıra bilir. Əlbəttə, bir nəzakət
qaydası olaraq böyüklərə yer verilir. Lakin bunu çox nəzakətsiz formada
tələb etmək də başqa söhbətin mövzusudur.

 

7. Tutacaqdan tutmayan çılğın gənclər

Metroda
lazımsız hər hərəkət əsəbinizi poza bilər. Bəzən havasız vaqonda
yanınızda duran birinin heç bir tutacaqdan tutmayaraq, vaqonda
"çılğınlıq” etməsi də bu hallardan biridir. Metronun hər sərt
hərəkətində üstünüzə yıxılması da bir ritual hesab edilə bilər.

 

8. Qapının ağzında duran insanlar

Həm
avtobus, həm də metronun ortaq dərdi. Sizə metroya minməkdə və enməkdə
çətinlik törədən "metro gömrük komitəsinin layiqli üzvləri”скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!