Sirr kimi saxlamalı olduğunuz 7 şey

Sirr kimi saxlamalı olduğunuz 7 şey
Maraqlı məlumatlar
10.09.2017 11
Şərq
mədəniyyətini araşdıran Vyaçeslav Ruzov öz məqaləsində müdrik
hindlilərə əsaslanaraq, sirrin nə demək olduğunu və hansı məqamları
ətrafımızla paylaşmalı olduğumuz barədə maraqlı tövsiyələr verir.

Bu siyahıda yazılmış tövsiyələri sizinlə paylaşırıq:

Birinci haqqında
susmalı olduğunuz şey gələcəyə dair planlarınızdır. Həmin plan həyata
keçənə qədər yaxşı olar ki, bu barədə susasınız. Çünki istənilən plan
ideal olmamaqla yanaşı, onda bir çox zəif nöqtələr mövcuddur.
Gözləmədiyiniz halda həmin nöqtədən vurula və hər şeyi məhv edə
bilərsiniz.

İkinci olaraq, etdiyiniz
xeyriyyəçilik əməllərini bölüşməyə dəyməz. Xeyriyyəçilik artıq nadirən
edilən iş halına gəlib, məhz buna görə də onu göz bəbəyi kimi qorumaq
lazımdır. Özünüzü yaxşı əməllərinizə görə tərifləməyin. Belə hərəkət
qarşınızdakı insanın qüruruna toxuna bilər. Bu isə heç də xoş hal deyil.

Üçüncü olaraq, özünüzə
qoyduğunuz şərt və qadağalardan, zahidlik vərdişlərinizdən danışmağa
dəyməz. Yemək, yuxu, seksual münasibətlərinizə qoyduğunuz şərtlər və
onları necə tənzimləməyiniz haqqında danışmasanız yaxşıdır.  Çünki
istənilən halda, bu tənzimləmələr ancaq emosional vəziyyətinizlə
harmoniyada faydalıdırlar.

Dördüncü olaraq susmalı
olduğunuz şey öz cəsurluğunuz və qəhrəmanlığınız haqqında söhbətlərdir.
Demək olar ki, biz hər gün müxtəlif sınaqlardan keçirik. Onlar həm
kənardan görünən, həm də görünməyən – içimizdə yaşadığımız sınaqlar
olur. Kənardan görünməsi mümkün olan şeylər üçün onsuz da
mükafatlandırılırıq.Görünməyənləri isə nə qədər bölüşməyimizdən asılı
olmayaraq, izahı mümkün olmayacaq.

Beşinci olaraq, öz
yüksək mədəniyyətiniz və biliyiniz haqqında susmalısınız. Çünki bunlar
yalnız sizə aiddir və heç kəsi bu barədə məlumatlandırmağa ehtiyac
yoxdur. Bu mövzunu ancaq o zaman açın ki, bu haqda danışmaq, həqiqətən
də sizin deyil, qarşınızda olan insanın xeyrinədir.

Altıncı olaraq, ailə
həyatınız və bununla bağlı konfliktləri başqalarıyla bölüşməmək gəlir.
Unutmayın ki, ailə problemləri ilə bağlı nə qədər az danışsanız, ailəniz
bir o qədər möhkəm və stabil olar. Münaqişə zamanı ünsiyyət prosesində
yığılmış neqativ enerjilər atılır. Nə qədər öz probleminizdən
danışsanız, o qədər onlardan kənarlaşmaq çətinləşir.

Yeddinci olaraq, digərləriylə
paylaşmamalı olduğunuz şey, insanlardan eşitdiyiniz xoş olmayan sözlər
və söhbətlərdir. Bu küçədə palçığa batmış ayaqqabı kimidir. Evə
gəldikdə, eşitdiyi bütün pis söhbətləri danışan insan, çirklənmiş
ayaqqabısını evə gələndə çıxartmayan insandan fərqlənmir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!