Dovşanın qulaqları niyə uzundur?

Dovşanın qulaqları niyə uzundur?
Maraqlı məlumatlar
10.09.2017 13
Bir dəfə Dovşanla Qoyun rast olurlar. Qərara aldılar ki, ömürləri boyu bir-birindən ayrılmasınlar. Qoyun Dovşana dedi: 



- Gəl, özümüzə koma tikək. 



- Tikək də. Nə deyirəm? 



Ertəsi günü Dovşanla Qoyun meşəyə taxta-şalban dalınca getdilər. Enli, gövdeli bir ağaca yaxınlaşdılar. Qoyun dedi: 



- Mən bu ağacı kökündən qırıb, yerə yıxaram. 



- Qıra bilməzsən? 



- İndicə qıraram, görərsən. 



Qoyun dal-dalı qaçıb ağaca bir kəllə vurdu. Ağac tappıltı ilə yerə yıxıldı. 



Dovşan fikirləşdi, ağac qırmaq nə asanmış? Bunu mən də bacararam. Onlar başqa ağaca yaxınlaşdılar. Dovşan dedi: 



- Bu ağacı mən də qıracağam. 



Qoyun gülü-gülə dedi: 



- Bacarmazsan. 



- Mən qırım, sən də tamaşa elə. 



Dovşan
dal-dalı qaçıb alnını zərblə ağaca vurdu. Ağac tərpənmədi. Dovşanın
başı isə çiyinləri arasına keçdi. Qoyun dostuna kömək etmək üçün yaxına
gəldi. 



- Möhkəm dur, qulaqlarından tutub başını çiyinlərindən çəkib çıxardacağam. 



Qoyun
Dovşanın qulaqlarını buraxmadı. Dovşanın başını çiyinlərindən dartıb
çıxartdı. Qulaqlarını isə az qala yerindən qoparacaqdı. O, vaxtdan bəri
Dovşanın qulaqları uzundur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!