Yox deyə bilmədiklərimiz

Yox deyə bilmədiklərimiz
Maraqlı məlumatlar
10.09.2017 28
Qadınlar
ideal kişi mövzusunda nə qədər mənəviyyat yalanları danışsalar da,
əslində onların "yox” deyə bilməyəcəyi oğlan tipləri hamısı eynidir.
Təsəvvürlərindəki o, seksual və ideal oğlanı təsvir etsələr ortaya
kimlər çıxar? Fiziki xüsusiyyətlərinə, xarici görünüşünə görə qadınların
ən çox sevdiyi oğlan tipləri hansılardı? Məsələn boyu nə qədər olardı?
Bəs peşəsi? Gəlin baxaq.

1.”Bad
boys”. "Pis” oğlanlar daim xanımların diqqət mərkəzindədir. Kimisi
onlara aşiq olur, kimisi sadəcə vaxtını keçirir, kimisi yanında olan pis
oğlanıyla öyünür. Amma fakt faktlığında qalır ki, iki oğlan seçimi
arasında qalan xanım daim "pis” oğlanı seçir. Bunun səbəbi isə
rəfiqələrimin dediyinə görə onlarda "şeytan tükü” olmasıdır.

2.İdmançı. Mükəmməl bir bədən, sağlam, hündürboy cavan... İdmançı oğlanlar qadınların "ən”ləri arasında əsas yer tutur.

3.Musiqiçi.
Yox deyirsiz? Mən də elə deyirdim. Amma bir gün qarşımda canlı "losing
my religion” mahnısını oxuyan bir oğlanı görənə qədər. Burda gözəllik,
bədən, ağıl – heç nə rol oynamır. Çünki o oxuyur, siz uzaqlara gedirsiz.
Bir konsertə gələndə səhnədəki musiqiçinin sevgilisi olmaqdan hansı qız
imtina edər?

4.Əcnəbi
oğlan. Xaricdən gələn oğlanlar daim müəmmalı, sirli görünür.
Özlərinəməxsus tərzləri, vərdişləri, təcrübələri qadınları hər zaman
 cəlb edir.

5.İncəsənət
adamı. Qadınlar zərif və həssas olduqları üçün özləri kimi duyğusal,
həssas partnyora ehtiyac duyurlar. Bu baxımdan sənət nümayəndələri –
rəssamlar, pianistlər, aktyorlar, yazarlar xanımları maqnit kimi çəkir.

6.Cərrahlar.
Cərrah kişilər siyahıda mühüm yer tutur. Niyə? Çünki uzun illər təhsil
aldıqdan sonra bu sənətə yiyələnib. Həm ağıllıdı, həm yaxşı qazanır.
Yaraşıqlı olmasa da olar.

7.Ev
heyvanı olanlar. Bu kişilər cəlbedici, seksual və qayğıkeşdirlər. Bəli,
qayğıkeş. Çünki itinə baxa bilən kişi mərhəmətli olmaqla yanaşı həm də
məsuliyyətlidi.

8.Tatulu
oğlanlar. Son zamanlar ən dəbdə olan oğlan tiplərindən biri çoxsaylı
tatularıyla qızların ağzını açıq qoymağa müvəffəq olanlardı. Onlar
boyundan, simasından, bədənindən asılı olmayaraq digər oğlanlara
nisbətən həmişə bir pillə seksualdırlar.

9.Özündənrazı
oğlanlar. Özünə güvənən yox, özündən razı. Bəzi oğlan tipləri var ki,
onlar xanımlardan daha çox "forslanır”, özlərini dağın başına qoyurlar.
Bu tip oğlanlar nə qədər boynumuza almasaq da, bütün xanımların həsəd
apardığı adamlardı. Özündənrazı oğlan daim cəlbedici görünür.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!