Çay içmə ritualları

Çay içmə ritualları
Maraqlı məlumatlar
10.09.2017 4
Çay
haqqında uzun-uzadı danışmaq olar. Bu əfsanəvi içki əsrlər boyu
insanların ən sevimli içkisi olmuş, müxtəlif mədəniyyətlərin ayrılmaz
hissəsinə çevrilmişdir. Şərq müdriklərinin də dedikləri kimi, çaydan
daha vacib şey ancaq çayın hazırlanma prosesi ola bilər.
Azərbaycanlıların armudu stəkanda pürrəngi çayı sevməsi qədər, digər
ölkələrin də bu mövzuda maraqlı seçimləri var.



İngiltərə

Britaniyalılar
dünyanın ən çox çay içən millətlərindən biridir. Bu içkinin Böyük
Britaniyadakı populyarlığını ən yaxşı göstərən hadisə, baş nazir postuna
namizədin məşhur frazasıdır; deyirdi ki, o da digər sadə ingilislər
kimi bir çay paketindən iki dəfə istifadə edir. Bu frazası sayəsində
siyasətçinin reytinqləri dərhal qalxmış və o seçkilərdən qalib kimi
çıxmışdı. Daha ciddi danışsaq, ənənəvi ingilis çayiçmə ritualı stolda
süd olmadan mümkün deyil. Ən məşhur çayları isə heç şübhəsiz ki, Earl
Grey’dir.



Fransa

Fransada
kofenin olduqca məşhur olmasına baxmayaraq, burada həm də çay sevirlər.
Adətlərdən danışdıqda, ənənəvi klassik "Paris çayı”ndan kənar keçmək
olmaz. Bu çay qara çay, portağal şirəsi, limon qabığı, muskat və
şəkərdən ibarət olur. Konyaksız isə mümkün deyil! Bir pors çaya 4 qaşıq
konyak əlavə edilir. Soyuq qış axşamları üçün ideal içki alınır.



Yunanıstan

Yunanıstanda
hər şey var! Yunanlar üçün bu içki çox da aktual deyil. Lakin tamamilə
yox, ellinlilərin bəzilərinin arasında dağ otlarından hazırlanmış
"yunansayağı dağ çayı” olduqca məşhurdur. Yerlilər bu çayın müalicəvi
xüsusiyyətləri olduğundan əmindirlər və gələn turistlərə də bunu tövsiyə
edirlər.



Tayland

Tayland
turistləri öz zəngin və rəngarəng mədəniyyətiylə təəccübləndirməkdən
yorulmur. Buradakı çay da xüsusidir. Əgər sizin üçün içində buz olan
hündür stəkan gətiriblərsə, təəccüblənməyin. Taylandda çayın təqdimatı
məhz bu formada edilir. Müxtəlif ədviyyatların əlavə edildiyi tünd çaya
süd və qaymaq da qatılır. Taylandsayağı soyuq çay təkcə susuzluğu aradan
qaldırmır, həm də dözülməz istidən xilas edir.



Rusiya

Rusların
çaya münasibəti olduqca xüsusidir. Samovar çayı ənənəsi hələ indiyə
kimi qalmaqdadır. Burada qara çayı limonla içməyə daha çox üstünlük
verirlər. Ümumilikdə götürdükdə, ruslarla azərbaycanlıların çay
adət-ənənələri çox oxşardır. Onlar da bizdə olduğu kimi, çayı müxtəlif
şirniyyatlarla içməyi çox sevirlər.



Amerika

Amerikanın
çay ənənələrindən danışdıqda, insanın ağlına dərhal Boston çayiçmə
ritualı gəlir. Lakin ümumilikdə Amerikanın çay ənənələrindən danışsaq,
deyə bilərik ki, amerikalılar çayı buzla, soyuq formada içməyi üstün
tuturlar. Soyuq çaya zövqlərinə görə müxtəlif siroplar və meyvələr də
əlavə edirlər. Kofenin populyarlığına baxmayaraq, yay aylarında soyuq
çaya da çox böyük tələbat olur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!