Einsteinin məşhur fotosunun tarixçəsi

Einsteinin məşhur fotosunun tarixçəsi
Maraqlı məlumatlar
10.09.2017 16
Bu
məşhur fotoşəklə mütləq daha əvvəllər də rast gəlmisiniz. Az qala
çənəsinə qədər uzanmış diliylə bu böyük alimin məşhur şəkliylə bağlı
saysız-hesabsız hekayələr uydurulmuşdur. Bəs yaxşı, Albert Einstein’in
bu məşhur fotosunun həqiqi hekayəsi nədir?

Great
News Photos and the Stories Behind Them ("Məşhur şəkillər və onların
arxasındakı həqiqətlər”) kitabının müəllifi John Saber bu şəklin hansı
şərtlərdə çəkildiyini bizim üçün aydınlatmış oldu.



Einstein
72 yaşını qeyd etdiyi doğum günü şərəfinə verilən ziyafətdə dostları və
elm dünyasından olan digər insanlarla birlikdə 14 mart, 1951-ci ildə
Princeton Club’da görüşür. Olduqca çox insanın qatıldığı ziyafətdə həm
də çox sayda fotoqraf var idi. Gecənin sonunda alim çox yorulur. Lakin
yenə də səbrlə fotoqraflara şəkil çəkmələri üçün imkan yaradır.

Nəhayət
ki, dostlarından biri onu evinə aparmağı təklif edir və onlar binadan
çıxırlar. Lakin, professor maşına mindikdə, fotoqraf Art Sasse son bir
foto çəkə bilmək üçün cəld onlara yaxınlaşır. Sasse bu istəyini mədəni
şəkildə Einstein’ə bildirir. Daha sonra olanları Sasse’nin
öz cümlələriylə ifadə edsək: ‘Einstein arxasını çevirdi və dilini bayıra
çıxardı. Mən də onun fotosunu çəkdim.’’

Fotoşəklin tam versiyası, fotoqraf: Art Sasse Qeyd
edək ki, foto nəşr edildikdən sonra Einstein ondan 9 nüsxə sifariş
etmişdi. Görünür alim özü də bu fotosunu bütün dünya kimi çox sevmişdi.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!