Özünü ifadə etmək və dinləmək

Özünü ifadə etmək və dinləmək
Maraqlı məlumatlar
10.09.2017 28
Könül
 hər nə qədər bir qız adı olsa da daşıdığı məna qızlarda həyat tapdığı
üçün onlara çox gözəl yaraşır. Bu söz mahnılarda, şeirlərdə, sətirlərdə,
misralarda ən romantik halı ilə iştirak edər... Həmişə könlümüz dolu
olsun istəyərik. Buradakı könlün dolu, ya da boş olması həmişə qarşı
cinslə əlaqələndirilir. Könül o qədər genişdir ki, orada hər kəsə yer
tapılar. Könlümüzü Allah sevgisi, insan sevgisi, ətrafımızda olan hər
şeyin sevgisi, uşaq sevgisi və s. ilə doldurmaq olar. Bu könül geniş
olduğu qədər də dardır. Elə vaxt və elə an olur ki, könlümüzdə kimsəyə
yer olmur. Bu, bizdə narahatlıq vəziyyətinə çevrilir. Deyirlər ki,
insanlar yaşadıqları ilə var olarlar. Yaşanmış hər şey adamda bir iz
qoyar.

Orta
hesabla götürsək, hər gün yeni bir şeylər öyrənirik. Hər yeni açılan
səhər öyrənmə üçün zəmin hazırlayar. Həyatda hər gün gözəl şeylər yaşana
bilməz ki... Əgər hər gün gözəl şeylər yaşasaydıq, onda biz bu
günlərimizin qədrini bilə bilməzdik. Bilməzdik nəyə gözəl deyək... Gün
ərzində elə hala düşə bilirik ki, heç istəmirik yol ilə getdiyimizdə
kiminləsə qarşılaşaq. Əsəbi halda olduqda hirsimizə, özümüzə,
davranışlarımıza belə hakim ola bilməməkdən qorxuruq. Sifətimizin bənizi
qaçmış, sanki qan damarlarımız ortaya çıxmış, gözlərimiz isə yerindən
çıxacaqmış kimi oluruq.

Hətta
əl, qol hərəkətlərimiz də bunlara yoldaşlıq edər. Bəlkə səsimizin tonu
da nizamdan çıxmış olur. Dişlərimizi sıxıb kənarımızda olan insanlara
bildirmək istəmirik. Bəzilərimiz bədən reaksiyalarımızı gün ərzində
özümüzdə saxlamağı bacarırıq. Bəzilərimiz isə gün ərzində keçirdiyimiz
bu halları içimizdə saxlayaraq qorxulu yuxular görməyimizə səbəb oluruq.

Niyə biz beləyik?

Həmişə
problemlərimizi öz içimizdəmi saxlamalıyıq? Özümüzü ifadə etsək nə
olar? "Problemlərim hər kəsi sevindirəcək" deyəmi düşünürük? Onlarda
bəlkə bizdən daha çox problem var?! Düşüncə quruluşumuzu dəyişdirməli,
özümüzü kiməsə və ya yaxınlarımıza başa sala bilməliyik. Bəzilərimiz
özümüzü, dərdimizi izah edərkən ağlayırıq... Ağlamaq, tamamilə insani
bir xüsusiyyət olub, duyğularımızın yetərincə dilə gətirə
bilmədiyimizdən, özümüzü başa sala bilməməyimizdən əmələ gəlir. Belə
hallarda ağlamaq çox yaxşı şeydir. Ağlayamayan kəslərdə isə mütləq
psixoloji vəziyyətlər olur.

İndiki
vaxtda hər kəs özünü başqalarından bir addım qabaqda görmək istəyir.
Uşaqlarda da bu qabarıq şəkildə hiss olunur. Sosial aləmlə əlaqə
yaratmağa çalışırlar. Öz güclərinə uşaqlar nəsə etmək istəyir ki,
anaları-ataları xoşbəxt olsun.

Belə
hallarda valideynlər ətraflarına öz uşaqlarını qürurla təqdim edirlər.
Çünki özləri də uşaqlarının bu hərəkətlərinə görə, qabiliyyətli
olmalarına görə bir addım qabaqda olurlar. Ya da ki elə hiss edirlər
özlərini...

Keçmişdə
valdeyinlər yaşaya bilmədikləri uşaq illərini öz övladlarına doyunca
yaşatmaq istəyirlər. Onların istəklərini, arzularını yerinə
yetirməklə... Görəsən biz bu şeyləri edərək uşaqlarımıza nə qədər kömək
ola bilirik? Onları nə qədər dinləyə bilirik? Və yaxud
dinlədiklərimizdən nəticə çıxarıb uşağımız üçün nəsə edə bilirik? Yoxsa
elə firkirləşirik ki, uşaqlarımızın hər istəyini yerinə yetirməklə
onların problemlərini həll etmiş oluruq?



Uşaqları
dinləmək, ona kifayət qədər vaxt ayırmaq çox əhəmiyyətlidir. Biz öz
işimizi edərkən bir qulağımız onların üzərində olmalıdır. Uşağı diqqətlə
dinlədikdə, danışdıqlarına qulaq asıb onunla nəticəyə gəldikdə, bir
sözlə maraqlandıqda o özünün çox  vacib bir insan olduğunu, əhəmiyyətli
olduğunu hiss edəcəkdir. Yoxsa ''Səni sevirəm''  və "Səni çox istəyirəm"
sözləri ilə sevgi göstərilə bilməz.

Qarşındakını
dinləməyin də iki növü var. Qarşımızdakı insanı onun gözlərinin içinə
baxaraq dinləməli və bədən dili ilə bunu ifadə etməliyik. Uşağımız üçün də eyni vəziyyət keçərlidir. Onların
kiçik kimi gördüyümüz, amma əslində böyük qəlblərindən nələrin
keçdiyini dinləyib başa düşməyimiz və bizə ürəklərini açmaları üçün
şərait yaratmalıyıq.

Əziz xanımlar, uşaqlara nə qədər boş vaxt ayırsaq, onların gələcəyi bir o qədər parlaq olacaq, inanın...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!