Həyatın mənası

Həyatın mənası
Maraqlı məlumatlar
10.09.2017 13
Bir
adam: "Həyatın mənası nədir görəsən?” - deyə, elə hey düşünərmiş. Bir
gün qərar verir ki, nə qədər uzaq məsafə qət etsə də bu sualının
cavabını tapmalıdır...

Çox
kəndlər, şəhərlər gəzir. Bir kənddə ona deyirlər ki, qarşıdakı dağın
arxasında bir müdrik qoca yaşayır. Sənin sualına cavab versə-versə, o
verə bilər. Adam yolu əlinə alıb qocanın yanına yollanır.

Sualını
ona verir. Müdrik adam deyir: "Bir şərtim var, əgər sən bunun
öhtəsindən gəlsən mən sənin sualına cavab verərəm”. Müdrik bir qaşığın
içinə zeytun yağı töküb: "Bununla o bağda gəz, amma elə et ki, sən
qayıdanda qaşıqdakı yağdan bir damla da azalmasın.

Adam
gedib bağı gəzib gələr və qaşıqda zeytun yağı olduğu kimi qalar. Müdrik
deyər: "Bağ xoşuna gəldimi?” Adam deyər: "Qaşığa elə diqqətlə baxırdım
ki, bağa baxa bilmədim.

Müdrik
gülüb deyər ki, indi yenə qaşıqla bağı gəz, amma elə elə ki, bağı görə
biləsən. Adam bağa baxır valeh olur. Lakin qayıdanda qaşıq tam boş olar.
Qoca deyər: "Bax həyat da belədir. Həyat sənin baxışında məna qazanar.
Ya sadəcə bir nöqtəyə baxarsan həyat axıb gedər, sən fərqinə varmarsan,
ya da görə biləcəyin gözəlliklərin ortasında həyatı yaşayarsan, axıb
gedən zamanın məna qazanar. Həyatın mənası sənin baxışında gizlidir”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!