Ürək təmizliyi nədir?

Ürək təmizliyi nədir?
Maraqlı məlumatlar
10.09.2017 18
Sən
əvvəl ürəyinin təmizliyi ilə məşğul ol, qəlbini təmizlə. Ürək təmizliyi
fərzdir, məcburidir. Ürəyini təmizlədikdən sonra mərifətullah (Allahı
tanımaq, bilmək deməkdir) təhsilinə yönəl. Qəlbin təmizlənməsi əsasdır.
Əsas olanı yerinə yetirmədən daha sonra ediləcək işlərlə məşğul olmağa
cəhd etsən, bu əsla qəbul edilməz.

Ürək
pis, nəcis olduğu müddətcə, digər üzvlərin təmiz olmasının faydası
yoxdur. Çünkü ürək əsldir, köktür, təməldir. Diğər üzvlər isə dal-budaq
yerindədir.

Üzvlərini
sünnətə uyğun gələrək, yəni Allah Rəsulunun əxlaqı ilə əxlaqlandırmaqla
təmizlə. Ürəyini də Quran ilə təmizlə. Ürəyini təmizlə və qoru ki,
digər üzvlərin qorunsun. Diğər orqanlarının qorunması, ürəyinin hər cür
mənfi və pis duyğu, təmayül və ehtiraslardan qorunmasına bağlıdır. Hər
qapıdan ancaq içindəkinin qoxusu çıxar. Bir qabın içində hansı maddə
varsa, töküldüyündə ancaq o çıxar. Yəni bunun kimi, sənin ürəyində nə
kimi duyğular mövcudsa, üzvlərindən də ancaq o duyğular zühur edər.

Ağl-ı
səlim sahibi ol. Sənin hal içində olduğun bu məşğul halın, ölümə iman
edib, sarsılmaz və qatı bir şəkildə inanan adamın hal və hərəkəti
deyildir. Bütün bunlara inanan adam, belə lazımsız şeylərlə məşğul
olmaz.

İman
və Allah sevgisi cəhətdən sağlam və kamil bir ürək, tövhid ilə
dopdoludur. Təvəkkül ilə dopdoludur. Qatı və sarsılmaz bir inancla
dopdoludur. Tevfiq, elm və imanla dopdoludur. Əzîz və Cəlal sahibi
Allaha yaxınlıqla dopdoludur. Bütün insanları acizlik, zillət və
fəqr-möhtaclıq gözüylə görür. Hamısının  aciz, zəlil və möhtac olduğunu
bilir. Bununla birlikdə, bir kiçik uşaq qarşısında belə əsla özlərini
böyük göstərməzlərскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!