Bilik öyrənməyi ar bilən hər kəs dünyada mərifət qazana bilməz

Bilik öyrənməyi ar bilən hər kəs dünyada mərifət qazana bilməz
Maraqlı məlumatlar
10.09.2017 105
Bilik öyrənməyi ar bilən hər kəs

Dünyada mərifət qazana bilməz.

 

Çox gözəl olsa da eybi gizlətmək

Dost dostun eybini örtməsin gərək.

 

Acizlik ürəyi ağrıdır, bilsən

Bir alçaqlıq olar hər zülmə dözsən.

 

Dünyada nə qədər kitab var belə

Çalışıb əlləşib gətirdim ələ

Oxudum, oxudum, sonra da vardım

Hər gizli xəznədən bir dürr çıxardım.

 

Bir ürəkdə olmaz iki sevgili

İki ürəklinin düz olmaz dili.

 

İnsana arxadır onun kamalı,

Ağıldır hər kəsin dövləti, malı.

 

Əlində yumşalsa dəmir, onu bil,

Tədbirlə yumşalar, hiddətlə deyil.

 

Sözün qanadları var, quş kimi incə-incə,

Dünyada söz olmasa nəyə gərək düşüncə.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!