Rekviyem

Rekviyem
Maraqlı məlumatlar
10.09.2017 6
Rekviyem (latın mətninin ilk sözündən: "Requiem aeternam dona eis, Domine" – "İlahi, onlara əbədi rahatlıq ver") — mərhumun xatirəsinə həsr olunmuş dini matəm messası. Təntənəli katolik messasının "Gloria" ("Eşq olsun"), "Credo" ("Etiqad edirəm") hissələri rekviyemdə "Requiem", "Dies irae" ("Qəzəb günü"), "Lacrimosa" ("Göz yaşı") və s. ilə əvəz olunmuşdur. Rekviyem Qriqori xoralları melodiyalarından yaranmış, 15 əsrdə həmin melodiyaların çoxsəsli işləmələri meydana gəlmişdir. 17-18 əsrlərdə rekviyem xor, solist və orkestr üçün iri həcmli silsilə əsərə çevrilmiş, Qriqori xorallarının melodiyaları bəstəkarların orijinal musiqisi ilə əvəz olunmuşdu. Rekviyemin ən görkəmli nümunələri konsert salonlarında ifa edilir. Volfqanq Amadey Motsart, Hektor Berlioz, Cüzeppe Verdi vəİohannes Bramsın rekviyemləri geniş şöhrət qazanmışdır. 20 əsrdə bəstəkarlardan Dmitri Kabalevski, Bencamin Britten ("Hərbi rekviyem") və başqalar rekviyem nümunələri yaratmışlar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!