Gitara çalmaq istəyənlər üçün

Gitara çalmaq istəyənlər üçün
Maraqlı məlumatlar
10.09.2017 29
Musiqi
alətlərində ifa etmək bir çoxlarının uşaqlıq arzusudur. Lakin,
valideynlərimizin bu barədə heç düşünməmələri və ya öz tənbəlliyimiz
ucbatından bu bacarığa sahib deyilik. Amma dövr dəyişib, texnologiya və
internet dünyanı daha rahat vəziyyətə gətirib. İndi biz evdən çıxmayaraq
da istədiyimiz şeyi öyrənə bilərik, hətta gitara çalmağı da.

 

Andy Crowley

Gitara
öyrənməyə yeni başlayanlar üçün əla kanaldır. Burada siz gitara və
rok’n’roll musiqisinə giriş dərsləri ala bilərsiniz. Bu, işin əsasları
və texnikasını mənimsəmək üçün ideal kanaldır.



RockOnGoodPeople

Həm
akustik, həm də elekton gitarada çalmaq öyrədilir. Burada keçirilən
dərslərdə siz rok, blues, country, jazz, metal və sair musiqi janrlarına
uyğun gitara dərsləriylə tanış ola biləcəksiniz.



Texas Blues Alley

Anthony
Stauffer elektrogitarada ifa etməyi mükəmməl bacarır. Bu kanal həm
gitarada daha da təkmilləşmək istəyən mükəmməlçilərə, həm də yeni
balayanlara faydalı gələcək videolar təklif edir.

 

JustinSandercoe və JustinGuitar Songs

Bu
iki kanalda yeni başlayan gitara ifaçısından tutmuş peşəkar musiqiçiyə
kimi hər kəs faydalı dərs tapmağa nail olacaq. Kanalda 750-dən çox video
mövcuddur.

 

Free Guitar Videos

Gitaraya
yeni başlayanlar üçün peşəkar ifaçıların verdiyi dərslər. Burada
akustik və elektron gitarada çalmağa aid müxtəlif dərslər var. Həmçinin
də blues, jazz, country, metal kimi musiqi janrlarında ifa etmək
öyrədilir.

 

GuitarJamz

Bu kanalda siz gitara çalmağın ən asan və fərqli yollarını müxtəlif fəndlər vasitəsilə öyrənmək imkanı əldə edəcəksiniz.

 

YGSGuitarLessons

Burada
gitara müəllimlərinin verdiyi olduqca çox sayda dərs mövcuddur. Çox
sayda insan müstəqil olaraq gitara çalmağı məhz bu kanal vasitəsilə
öyrənmişdir. Sizə burada hər şey öyrədilir – klassikadan tutmuş, roka
kimi.

 

Guitar-Online

Bu
rusdilli kanal olduqca başadüşülən və sadədir. Siz burada rahat anlaya
biləcəyiniz videodərslər tapa və asanlıqla gitara çalmağı öyrənə
biləcəksiniz.

 

GitaristTV 

Sürətli
öyrənmə metodikasıyla hazırlanmış bu kanal yeni başlayanlar üçün
idealdır. Əgər qısa müddətdə gitara çalmağın əsaslarına və texnikasına
yiyələnmək istəyirsinizsə, bu kanala baş çəkin.

 

LickNRiff — Free Guitar Education

Bu
maraqlı kanalda bir çox praktik və nəzəri məlumatlar verilir, fərqli
mahnıların çalınma texnikası detallı şəkildə izah edilir.



TV Cifras

Portuqalca
olsa da, bu kanalı rus və ya ingilis subtitrləriylə izləmək mümkündür.
Kanalda siz akustik, elektron və bas gitarada çalmağın əsaslarını
öyrənəcəksiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!