Ən çox görülən 13 yuxu ARAŞDIRMA

Ən çox görülən 13 yuxu  ARAŞDIRMA
Maraqlı məlumatlar
10.09.2017 19
 
Hamı yuxuda çılpaq qalar





Gecə yuxu görmədiyini sanan insanlar çox böyük səhv edirlər. Əslində, hamı yuxu görür, amma çoxumuz unuduruq. Yadda saxlayanlar isə gələcək üçün balaca bir ipucu yaxalamış olurlar.

Beləliklə, ən çox görülən 13 yuxu:



1.Qovalanmaq


Bəzən yuxularda arxamızca kiminsə qaçdığını görürük. Bu bir şeydən qaçmaq və qurtulmaq istədiyinizi bildirir.



2.Çılpaq qalmaq


Yuxuda çılpaq qalmaq, müdafiəsizliyi ifadə edir. İnsan özünü yalnız və qorunmağa möhtac hiss edəndə bu tip yuxular görür.



3.Gizli bir yer kəşf etmək


Gizli bir şey tapmaq, bir yer kəşf etmək gözlənilməyən hadisələr, sürprizlərlə qarşılacağınıza işarədir.



4.Maşının idarəetməsini itirmək


Həyatdakı idarəetməni itirmək və bəzi xoşagəlməzliklərlə rastlaşmaq mənasındadır.



5.Yüksəklikdən düşmək


Özünü idarəetməyə aludə olan insanların daha çox gördüyü yuxudur. Hadisələri öz axışına buraxsalar, daha bu yuxuları görməyəcəklər.



6.Ölüm


Yuxuda öldüyünü görmək incinməkdən qorxmaq deməkdir. Hansısa insanın öldüyü görmək isə onun ömrünün uzanmasına yozulur.



7.Dişin düşməsi


Dişin düşməsi insanın özünə inamını itirməsi və ya xəstələnmək kimi mənalar verir.



8.İmtahana girmək, əvvəlki imtahanları görmək

Tələbəlik, məktəb illərindən qalma qorxudur. Uğura öyrəşmiş tələbələrin qorxusudur.



9.Tələyə düşmək və ya qeyd olmaq


İnsanın qərar verməkdə çətinlik çəkəcəyi mənasını verir.



10. Avtobusa və ya təyyarəyə gecikmək


Vacib bir fürsəti qaçırmaq deməkdir.



11.Suda boğulmaq

İnamsızlıq mənasında başa düşülür.



12. Saç kəsmək!

Çox da yaxşı hadisələrin baş verəcəyinə işarə deyil. Xəbərdarlıq xarakterli yuxudur.



13. Göyə yüksəlmək

Göyə doğru liftlə və ya başqa yolla yuxarıya qalxmaq xeyirə yozulan yuxulardandır. Yüksək mövqeyə yüksələcəksiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!