Təbiətdə heç bir şey...

Təbiətdə heç bir şey...
Maraqlı məlumatlar
10.09.2017 9
Təbiətdə
heç bir şey özü üçün yaşamır. Axarsular öz sularını içmirlər. Ağaclar
öz meyvələrini yemirlər. Günəş öz istiliyindən istifadə etmir. Güllər
ətirlərini özlərinə
saxlamırlar. Başqaları üçün yaşamaq təbiətin qanunudur. Əgər bu qanuna
uyğun hərəkət etməsək, qanun da bizə qarşı çıxacaq.

H.O.S.T'un
beyin inqilabı paylaşma əsasında qurulmuşdu. Bütün çətinlikləri gözə
alıb paylaşa bilmək idi güc. Dostluğu, sevgini, bir tikə yeməyi,
düşüncələri, hissləri, bir evi, otağı, kitabları və minlərlə fikri
paylaşa bilmə bacarığı. Hal-hazırda ətrafıma baxıram, ətrafımdakı
inandığım adamların çoxu HOST ailəsindəndi.

Yay idi, orası dəqiq yadımdadı. PRoMete ilə ilk dəfə idi görüşürdük və Elmlər Metrosunun yanında qərarlaşmışdıq. Yolda az-ya ilə rastlaşdıq, söhbət edə-edə evə yollandıq. Qaraqan o biri otaqda yeni parçasını AiDə oxuyurdu.

Mən və az-ya mətbəxə
keçdik, gecə gec saatlara qədər söhbətləşdik. İlk dəfə idi ki, çox
düşünə bilən, paylaşmağı bacaran insanlarla bir məkandaydım. Bir yerdə.

Sonra bizə nəsə oldu və
o qədər sürətlə oldu ki, heç nə başa düşə bilmədim. Mete və Orxanla
danışmadıq, sonra Elxan amerikaya getdi, qırağa çəkildi. Royal gedəndən
sonra ümumiyyətlə heç uşaqlarla görüşmədik. Royal gedəndən sonra
ümumiyyətlə heç bir-birimizi xatırlamadıq. Royal gedəndən sonra
ümumiyyətlə heç nə qalmadı.

Hamımız qırağa çəkildik. İndi də üzümüzə "hər şey zordu qaqa" maskası taxmışıq, ətrafa gülüşlər paylayırıq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!