Ədalət

Ədalət
Maraqlı məlumatlar
10.09.2017 18
Yaxşı olmaq asandır, ədalətli olmaq çətin. (Viktor Hüqo)



Ədalət topaldır, yavaş-yavaş yeriyir, amma gedəcəyi yerə gec-tez çatır. (Mirabo)



Ədaləti görməzlikdən gələn dövlət adamlarını cəzalandırmayan millət məhv olmaq məcburiyyətindədir. (Hz. Məhəmməd)



Bir saat ədalətlə hökm etmək bir il ibadət etməkdən daha xeyirlidir. (Hz. Məhəmməd)

 

Ədalətin gecikməyi ədalətsizlikdir. (U.S. Landor)



Haqsızlıqla insanları arxanca getməyə məcbur etməkdənsə, ədalətli olub tək qalmaq daha yaxşıdır. (Mahatma Qandi)



Ədalətin hökm sürdüyü yerdə silahın yeri yoxdur. (Amyot)



Zəif insan daima ədalət və bərabərlik istəyir, halbuki bunlar güclünün vecinə də deyil.(Aristotel)

 

Ədalətsiz rejimi ədalətlə yıxın. (Qandi)



Hüququn qüvvətinin azaldığı yerdə qüvvətlinin hüququ keçərli olmağa başlayır.(M.Düverje)



Ədalət olmayan yerdə əxlaqdan danışmaq gülüncdür. (Monten)



Böyük insan - ən yüksək mövqedə təvazökar, qüdrət sahibi olanda bağışlayan və qüvvətli olanda ədalətli hərəkət edəndir. (Əbdülməlik B. Mərvan)скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!