O çantanı alanda soyuq tər tökdüm

O çantanı alanda soyuq tər tökdüm
Maraqlı məlumatlar
10.09.2017 21
Diana
Kryuger aktrisalıq karyerasına bundan 14 il öncə başlasa da, çoxları
onu 2014-cü il istehsalı olan "Troy” filmindəki Helen obrazı ilə tanıdı.
O, hazırda Hollivudun ən çox axtarılan, ən cazibədar
aktrisalarındandır.

 

Londonda qırılan xəyallar

Əslində,
Diananın uşaqlıq xəyalları səhnə ilə bağlı olsa da, aktrisalıq deyildi.
O, balerina olmağı arzulayırdı. Elə bu arzu da onu Almaniyadan Londona
apardı. Burada yerləşən "Royal Ballet School”da təhsilə başlayan Diana
dərslər zamanı yaralanaraq balet xəyalından vaz keçməli oldu.

 

Parisdə cücərən arzular

Balet
arzusu ilə Almaniyadan Londona üz tutan Diana bu hadisədən sonra bu
şəhərdə qala bilməyb Parisə getdi. Əvvəlcə, fransız dilini öyrənməyə
başladı. Həyatını dəyişdirən hadisələrlə də məhz Parisdə qarşılaşdı.

 

Modellik müvəqqəti çıxış yoludur

Modellik
təklifi pul qazanmaq üçün cəlbedici görünürdü. Hətta 1992-ci ildə
"Elite Model Look” yarışmasında qalib də gəldi. Lakin modelliyin
uzunömürlü peşə olmadığını bildiyi üçün 2001-ci ildə kino sahəsinə addım
atdı.

 

Elə ilk filmlə məşhurlaşdı

Onu
məşhurlaşdıran "Troy” filmindən sonra Kventin Tarantinonun
resissorluğunu etdiyi "Inglorious Basterds” filminə çəkildi. Bu filmlə
də uğurunu davam etdirdi.

 

Uğurlarında stilinin payı

Bir
çox Hollivud ulduzu kimi Diananın da karyerada yüksəlməsində
cazibədarlığının və zövqlü stilinin rolu az deyil. Elə bu səbəbdən
qırmızı xalı gecələrinin ən zərif aktrisasının dəb sirrini Publika.az-ın "Onların stili” layihəsində təhlil etmişik.

 

Qu quşu kimi zərif

Diana
nə geyinməsindən, necə makiyaj etməsindən asılı olmayaraq, daim zərif
görünür. Çoxları onu "Qırmızı xalıda süzülən Qu quşu” adlandırır.
Dekolteni çox sevsə və demək olar ki, bütün libaslarında bu detala
diqqət etsə də, həddən artıq seksual, bəsit görünmür. Əslən alman olan
aktrisanın ruhuna sanki Parisin havası hopub.  O da eynən Paris
qadınları kimi, sadəliklə şıqlığın balansını qoruya bilir.

 

Gözəl geyinmək də sənətdir

Dediyinə
görə, stilisti yoxdur. Yalnız mükafatlandırma gecələrinə, film
təqdimatlarına gedərkən stilistlərlə əməkdaşlıq edir. Ancaq onda da
stilistin diqtəsi ilə deyil, öz istəyi ilə geyinir. Daimi stilisti
olmasa da, Karl Lagerfeld və Fransisko Kosta kimi məşhur dizaynerlərlə
dostdur. Onların məsləhətlərini almaqdan çəkinmir.

 

Gözəl
geyinməyin sənətkarlıq olduğunu düşünən Diana libaslarını seçərkən
trendlərə yox, ruh halına, özünü necə hiss etmək istədiyinə önəm verir.
Məsələn, gecənin əsas qadını olmaq istəyəndə sinə dekoltesinə, geyimini
ön plana çıxarmaq istəyəndə isə kürək dekoltesinə üstünlük verir.

 

Diana müsahibələrindən birində deyir ki, geyimdə onun diqqətini çəkən əsas ünsür zövqlü kəsimdir. Klassik kəsimləri xoşlayır.

 

Qırmızı
xalı üçün seçdiyi geyimlərinə nəzər salsaq, görərik ki, aktrisa belini
vurğulayan modellərə üstünlük verir. O, əsasən, bej və ağ rəngdə
geyinir. Ancaq mavinin, narıncının, çəhrayının solğun çalarlarını da
özünə yaraşdırır. Libaslarının çoxunda gipür və tül detalları olur. Bu
da aktrisanın zərif görünmək üçün əl atdığı hiylələrdən biridir. 

 

Küçə stilində Oksford tipi ayaqqabılara üstünlük verən Diana qırmızı xalıda isə daim hündürdaban, iddialı ayaqqabılarla görünür.

 

Bahalı çanta alarkən əzab çəkən ulduz

 

Diana
Kryuger geyinib-kecinməyə əhəmiyyət versə də, israfçılıq etməyi sevmir.
Məsələn, bu yaxınlarda verdiyi müsahibəsində bildirib ki, axırıncı dəfə
6 il öncə israfçılıq edib:

 

"Axırıncı
dəfə 6 il öncə, moda üçün çılğınlıq etmişəm. Həmişə "Hermes
Constance”dan bir çantam olmasını arzulamışam. Ona görə də, "Calvin
Klein” ilə müqavilə imzaladıqdan sonra bir çantaya bu qədər pul verə
biləcəyimi düşündüm. Ancaq pulu ödəyərkən soyuq tər tökdüm”.

 

Diananın ən sevimli  brendləri "Chanel”, "Calvin Klein”, "Jason Wu”, "Vivienne Westwood”, "Giambattista Valli”, "Jimmy Cho”dur.

 

Təbiətdən ilham alan makiyaj

 

Diana
Kryugerin makiyajında qəhvəyi, solğun mavi, açıq yaşıl, gül qurusu kimi
təbiət rəngləri üstünlük təşkil edir. O, makiyajda, demək olar ki, daim
gözlərini vurğulayır. Bunun üçün qəhvəyi və ya mavi göz kölgəsindən
istifadə edir. Yanaqlarına şaftalı rəngində ənlik çəkən aktrisa
dodaqlarını bej və ya qəhvəyi dodaq boyası ilə rəngləndirir. Onu çox
nadir hallarda da olsa, qırmızı dodaq boyası ilə görmək mümkündür.

 

İpək kimi yumşaq, qızıl parıltılı saçlar

Aktrisanın
saçları da qüsursuzdur. Daim parıldayan, gözəl forma verilmiş saçları
onun Paris qadını obrazını tamamlayır. Diana müxtəlif saç formalarına
müraciət etməyi xoşlayır. Demək olar ki, hər cür modeli sınaqdan
keçirir. Çünki mükəmməl üz quruluşu buna imkan verir. Dalğalı saçları
daha çox sevir. Bundan başqa, qeyri-adi hörüklər və dağınıq toppuzları
da xoşlayır.

 

Dianadan xanımlara dərs: sevgilisinin stilini necə dəyişdirdi?



13
yaşında ikən anası və böyük qardaşı ilə birgə atasını tərk edən Diana
çətin günlər yaşayıb. Aktrisa uşaqlıq dövründə atası üzündən çəkdiyi
əzabların acığını həyatına daxil olan kişilərdən çıxardığını bildirir.
O, erkən yaşda evlənib-boşanıb. İndi isə heç kimə bağlana bilmir.
Azadlığına düşkün olduğu üçün evlilik həyatından qorxduğunu düşünür.
Diana bir dostunun məsləhətini əsla unutmayacağını deyir:

 "İnsanlar yolun sonunda evlənməlidirlər, yolun başında yox”.

 

Bütün
bunlara baxmayaraq, o, 7 ildir ki, kanadalı aktyor Coşua Ceksonla
sevgilidir. 40 yaşlı aktrisa özündən 3 yaş kiçik olan sevgilisi ilə
münasibətlərinin heç də qüsursuz olmadığını hər fürsətdə dilə gətirir.
O, "Marie Clarie” jurnalına verdiyi müsahibədə belə deyib:

 

"Münasibətləri
davam etdirmək üçün terapevtlə görüşmək lazımdır. Psixoloji dəstək
almasam, bu qədər uzun müddət birlikdə ola bilməzdik”

 

Diana
evdə öz sözünü keçirməyi sevən xanımdır. O, hətta sevgilisinin geyim
stilini də dəyişdirib. Zövqlü görünməyi həyat tərzinə çevirən aktrisa
sevgilisinin şıq və xarizmatik görünməsi üçün əlindən gələni edib.

 

Diana ilə sevgili olduqdan sonra daha şıq geyinməyə məcbur qalan Coşua deyilənə görə, halından məmnundur.

 

Diana eqosit olduğunu gizlətmir və kişiləri olduğu kimi qəbul etməyin axmaqlıq olduğunu düşünür:

 

"Münasibət
yaşadığınız insanın sizin sevdiklərinizi xoşlamasını istəyirsiniz.
Bəlkə sizə qəribə gələ bilər, ancaq mənim üçün bu, mütləqdir. Biz
alış-verişə birlikdə gedirik, Coşuanın bundan zövq aldığını düşünürəm.
Mən onun düz 1 il yarım dayanmadan geyindiyi mavi rəngli idman
ayaqqabısından nifrət edirdim. Kişilərə "Bu sənə daha çox yaraşır”,-
deyərək, zövqünüzə uyğun geyinmələrini təmin edə bilərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!