750 ayağı olan Qırxayaq

750 ayağı olan Qırxayaq
Maraqlı məlumatlar
10.09.2017 66
Bu qırxayağın 750 ayağı var. Elm adamları ən çox ayağı olan canlının anatomik xüsusiyyətlərini tədqiq edib.



"İllacme
plenipes” adlanan bu canlıya ilk dəfə 80 il əvvəl rast gəlinmişdi. Son
dəfə isə qısa müddət əvvəl Kaliforniyada yenidən kəşf edilib. Tədqiqatın
nəticələri "Zoo Keys” adlı jurnalda dərc olunub. Tədqiqatı qələmə alan
qrupun rəhbəri dr. Paul Marek "İ. Plenipes”in çoxayaqlılar aləminin
sirlərlə dolu canlısı olduğunu deyir.



Dr.
Marek bu canlıları 2005-ci ildə qardaşı ilə birlikdə Kaliforniyadakı
dağlıq sahədə tapıb. Həmin kəşfə qədər bu canlılara uzun müddət rast
gəlinməmişdi. "Nature” jurnalında çıxan bir məqalədə bu yenidən-kəşf
haqqında təfərrüatlar verilmiş və canlının əsas bioloji xüsusiyyətləri
qeyd edilmişdi. Son tədqiqatda isə canlının anatomiyası daha yaxından
araşdırılıb. Bu cür canlıların ortaq adı qırxayaq olmasına baxmayaraq,
əslində, çoxunun 40-dan çox ayağı var. Bu ailəyə aid canlıların böyük
əksəriyyətinin 62 ayağı olur. Ancaq Dr. Marek "İ. Plenipes”in
ayaqlarının sayına görə rekord qırdığını bildirir. Dişilərin 750-yə,
erkəklərin 562-yə yaxın ayağı var.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!