21-ci əsrin 10 ən yaxşı...

21-ci əsrin 10 ən yaxşı...
Maraqlı məlumatlar
10.09.2017 12
XXI Əsrin Ən Yaxşı 10 Kitabı

Amerikanın
ədəbiyyat jurnalı olan The Millions XXI əsrin ən yaxşı 20 kitabının
siyahısını nəşr edib. Jurnal reytinqin iki variantını tərtib edib.
Birinci variant jurnalın oxuyucuları tərəfindən Facebookda xüsusi qrupda
səs verilərək, ikinci variant isə jurnalın 56 eksperti tərəfindən
yaradılmışdır. Aşağıda isə biz sizə oxuyucuların səs vermələri
nəticəsində tərtib edilmiş reytinqin 10 pilləsini təqdim edirik:



 

1. "Yol”, Cormac McCarthy

Oxucuların
səsverməsi nəticəsində sərt realizmi ilə məşhur və insan təbiətini
boyasız, romantikasız olduğu kimi təqdim edən Komrak Makkartinin "Yol”
kitabı reytinqdə ilk pilləyə layiq görülmüşdür.



 

2. "Oskar Uo-nun qısa və heyrətamiz həyatı”, Junot Dias

2007-ci
ilin yarı avtobioqrafik əsəri Dominikan əsilli amerikalı yazıçı Junot
Dias tərəfindən yazılıb. Bu əsərdə New Jersey’də böyüyən və zamansız
vəfat edən kök və çox bədbəxt bir uşağın taleyindən bəhs edilir.



 

3. "2666” Roberto Bolano  

Əsər
çilili yazıçı Roberto Bolano (1953-2003) tərəfindən yazılıb. Roman 5
hissədən ibarətdir və yazıçı ölümündən sonra uşaqlarının həyatını təmin
etmək məqsədilə bu hissələri ayrı-ayrı kitab halında satmağı
planlaşdırırdı.



 

4. "Orta cins” Jeffrey Eugenides

Yunan əsilli amerikan yazıçı tərəfindən yazılmış bu əsər Berlində 2003-cü ilin Pulitzer mükafatına layiq görülmüşdü.



 

5. "Bulud atlası” David Mitchell

"Bulud atlası” güzgü labirintinə bənzərdir və burada sanki 6 səs bir-birindən ayrılır.



 

6. "Əvəz”, Ian McEwan

"Atonement” romanı
iki hissədən ibarətdir və mövzu və quruluş baxımından yazıçının digər
əsəslərindən tamamilə fərqlənir. Bu əsər əsasında Oskar mükafatlı film
də ekranlaşdırılmışdır.



 

7. ” Kavalyer və Clay-in macəraları”, Michael Chabon

İki
avropalı gənc İkinci dünya müharibəsi zamanı Amerikada komiks
krallarına çevrilirlər. Burada onlar öz incəsənətləri sayəsində zalım
qüvvələrlə və onların yaxınlarını əsirlikdə saxlayıb məhv etmək
istəyənlərlə mübarizə aparırlar.



 

8. "Dəyişikliklər” Jonathan Franzen

Əsərdə ironik şəkildə atalar və oğulları arasında əbədi münaqişənin dərin anlaşması təsvir edilib.



 

9.  "Gilead”, Marilynne Robinson

Əsərdə
hadisələr 1956-cı ildə Ayova ştatı, Gilead şəhərciyində cərəyan edir.
Kitab 76 yaşlı keşişin öz 7 yaşlı oğluna yazdığı gündəlik formasında
olan məktubdan ibarətdir.



 

10. "Ağ dişlər”, Zadie Smith

Bu əsər son illər Britaniya ədəbiyyatında peyda olan ən parlaq və uğurlu debüt edən əsərlərdən biridir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!