Salamat qal, kiçik çillə, boz ay gəlir

Salamat qal, kiçik çillə, boz ay gəlir
Maraqlı məlumatlar
10.09.2017 12
Dekabrın
22-də başlayan qış fəsli 3 hissəyə bölünür. Böyük çillə 40, kiçik çillə
isə 20 gün çəkir. Dekabrın 21-dən yanvarın 30-dək böyük çillə, yanvarın
31-dən fevralın 19-dək kiçik çillə hesab edilir. Bu hesabla bu gün
kiçik çillənin son günüdür.

 

Sabah isə boz ay başlayır. Novruzadək qalan 30 gün – yəni, fevralın 20-dən martın 20-dək olan dövr "Boz ay” adlanır.

 

Xatırladaq
ki, el-obada "çillə”  sözündən "qış”ın əvəzedicisi kimi istifadə
edilir. Bu söz dərd-bəla, çətinlik mənasını daşıyır. Elə ona görə də,
qış yerini yaza təhvil verərkən yandırılan tonqala el arasında "çillə
qovan tonqal” deyilir. Kiçik çillədə hava daha soyuq, sərt şaxtalı olur.
Kiçik çillənin çıxması ilə havalar tədricən isinir. Artıq çərşənbələr
başlayır. Xalq inancına görə, boz ayda hava şəraiti də çərşənbələrə (Su,
Od, Yel və Torpaq) uyğun olaraq dəyişir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!