Novruz süfrəsi

Novruz süfrəsi
Maraqlı məlumatlar
10.09.2017 11
Novruz bayramının əsas atributlarından biri də Novruz süfrəsidir. Bu
süfrənin əsas özəlliyi odur ki, burada ancaq milli yeməklər olur,
şirniyyat və qovurğa da qoyulur. Bundan başqa müxtəlif şərbətlər, milli
içkilərə də yer verilir.



Novruz süfrəsinin müxtəlif təamlarla bol olmasına xüsusi fikir verilir.
İnanca görə növbəti ilin uğurlu, bərəkətli olub-olmaması sırf bundan
asılıdır. Süfrədə çörəyin olması vacibdir. Hətta ən zəngin və kasıb
süfrələrdə belə buna rast gəlinir. Çünki çörək bütün nemətlərin ən əsası
və vacibi hesab edilir. Adətə görə bayram süfrəsindən heç nəyi atmaq
olmaz. Ən kiçik, ən balaca hissəyə qədər hər şey yeyilməlidir. Bu
qaydaya əməl etməmək olduqca pis davranış hesab edilir.



Bayram süfrəsində şirniyyatlar xüsusi yer tutur. Şəkərbura, paxlava,
qoğal və s. bayramın "olmazsa olmaz”larındandır. Bundan başqa müxtəlif
rənglərdə boyanmış yumurtalar da süfrəyə xüsusi bəzək verir.



Bayram süfrəsində bəzi şeylərin olması məsləhət görülmür. Bunlara misal
olaraq soğan, sarımsaq, sumax və s. kimi şeyləri göstərmək olar. Bunlar
acı olduğundan uğursuzluq , bədbəxtlik əlaməti sayılır.



Novruz bayramında süfrənin hazırlanmasında istifadə edilən bir sıra
ərzaqlardan digər məqsədlər üçün də istifadə edirlər. Bu sırada fala
baxmaq ilk sırada durur. Belə ki, gənc qızlar bayram günü duzlu kökə
bişirirlər. Bu kökə balaca çörəkləri xatırladır. Adətə görə gənc qızlar
həmin duzlu kökələri yeyirlər, ancaq su içmirlər. İnanca görə gecə həmin
qızlara gələcək nişanlıları su verirlər. Bir digər adətə görə isə
qaynadıqdan sonra səməni suyu içilir. Həmin məhlul şirin olarsa, deməli
arzu yerinə yetəcək, əks halda isə yerinə yetməyəcək. Bundan başqa
səməni olan xonçanın yanına qabda un qoyulur. Bayrama görə yorulan,
əldən düşən qızlar səhər həmin una baxırlar. Əgər həmin qabda unun
ortasında əl pəncəsini xatırladan fiqur varsa, bu yaxşı əlamət hesab
olunur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!