Gəlişi doğru, müjdəsi yalançı çərşənbə

Gəlişi doğru, müjdəsi yalançı çərşənbə
Maraqlı məlumatlar
10.09.2017 31
Xalqımızın ən qədim milli bayramı olan Novruzun təmtərağı bir və ya
bir neçə günlə məhdudlaşmır. Qədimdə böyük səbirsizliklə yazın gəlişini
gözləyən insanlar 40 gün davam edən böyük çilləni yola saldıqdan sonra
Novruza qədər olan 1 ay 20 günü, yəni həftənin hər çərşənbəsini müəyyən
mərasimlərlə qeyd ediblər. Həmin çərşənbələrin ilk üçünə "Oğru üsgü”,
ikinci üçünə "Doğru üsgü”, sonuncusuna isə "İlaxır çərşənbə” deyilib.

 

Çərşənbələrin hərəsinin özünə görə adət-ənənələri,
mərasimləri olub. Tədqiqatlardan da görünür ki, xalq tərəfindən həyata
keçirilən bütün ayin və mərasimlər qışın mümkün qədər tez çıxması üçün
icra edilib. İnsanlar həmin ayinlər vasitəsilə altı çərşənbə hazırlıq
görüb, nəhayət, son çərşənbə günü bir yerə toplaşaraq qışı yola salıb,
yeni ili, yəni yazın ilk gününü elliklə bayram ediblər. Odur ki, doğruçu
çərşənbə hesab olunan dörd çərşənbədən əvvəl ölkəmizin bir sıra
regionlarında yalançı çərşənbələr qeyd olunub. Lap qədim zamanlarda
xalqın "Oğru üsgü” adı altında qeyd etdiyi yalançı çərşənbələrin sayı üç
olub. Xalq təfəkkürünə görə Yalançı çərşənbə doğruçu çərşənbənin
gəlişinə zəmin hazırlayır. 

İnanca görə, Yalançı çərşənbə insanlara qarışıq dünyadan nizamlı dünyaya
çıxmağın yaxınlaşdığı ismarıcını verir. Çünki bu, həm də elə bir zaman
aralığıdır ki, artıq sərt qış fəslinin təbiətə qədəm basmasından
təxminən qırx günlük müddət ötmüş olur. Xalq düşüncəsinə görə, kiçik
çillənin ortasında, yəni Novruzun ilk müjdəçisi Xıdır Nəbinin gəlişi ilə
təbiət tədricən oyanmağa başlayır. İnsanlar Yalançı çərşənbə ayinlərini
icra edirlər. Təbiətin nizamını bərpa edən doğruçu hesab olunan
çərşənbələrin şənlik və təmtərağından fərqli olaraq, Yalançı çərşənbənin
gəlişi nisbətən sakit qeyd edilir. Belə ki, Yalançı çərşənbə qeyd
olunan evlərdə günəşin qürub vaxtı ayrı-ayrı həyətlərdə küləş və
samandan alovu gur olmayan tonqallar yandırılır. Yalançı çərşənbədə
digər çərşənbələrdə olduğu kimi çoxsaylı ayinlər icra edilmir, evlərdə
xüsusi süfrə açılmır. Bütün bunlar Yalançı çərşənbənin aldadıcı
olduğunu, insanların hələ də onun istisini təbiətdə, evlərində,
həyətlərində hiss etmədiyini göstərir. Bir sözlə, Yalançı çərşənbə
adında ifadə olunan mənanı özündə daşıyır və ona uyğun görüntü yaradır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!