Abudla Saiq haqqında

Abudla Saiq haqqında
Maraqlı məlumatlar
10.09.2017 10
Abdulla Talıbzadə 1881-ci il fevralın 24-də Tiflisdə ruhani ailəsində dünyaya gəlib. 1888-ci ildə altısinifli şəhər müsəlman məktəbində ilk təhsilini alıb. 1893-cü ildə ailə vəziyyəti ilə əlaqədar olaraq Xorasana gəlib. Xorasanda dövrünün mütərəqqi ziyalısı Yusif Ziyanın
məktəbində təhsilini davam etdirib. Yeddi il Xorasanda mükəmməl təhsil
alıb, tarix, məntiq, psixologiya elmlərini, Şərq, Azərbaycan, rus
ədəbiyyatını öyrənib. 1900-cü ildə Tiflisə qayıdıb. Bir müddət Tiflisdə qaldıqdan sonra 1901-ci ildə Bakıya gəlib. Bakıda bir rus ziyalısının böyük kitabxanasını alıb. Bir az sonra inqilabi hadisələr, Sabunçu kimi
fəhlə mahalında çalışması, əməkçilərin ağır həyatını öyrənməsi və başqa
olaylar onun dünyagörüşünü genişləndirib. O, milli gələnəklərə,
görənəklərə bağlı, milli intibah, milli dirçəliş tərəfdarı olan
maarifçi pedaqoq,
romantik şair kimi formalaşıb. Mollanəsrəddinçilərə yaxın olsa da,
onlara hörmətlə yanaşsa da baxışlarına, ruhuna görə füyuzatçılara daha doğma idi.

A. Şaiq 1901-ci il aprelin 22-də üçüncü oğlan gimnaziyasında xüsusi imtahan komissiyasında imtahan verərək Ana dili müəllimi adını alıb. 5 noyabr 1901-ci
ildən rus-tatar məktəblərində ehtiyat müəllimi kimi pedaqoji fəaliyyətə
başlayıb. Bundan sonra ömrünün 34 ilini Azərbaycan maarifinin
inkişafına həsr edib.1906-cı
ilin avqustunda Bakıda keçirilən I Müəllimlər Qurultayının təşkilində
böyük xidmətləri olub. Qurultayda ana dilinin və ədəbiyyatın tədrisinə
dair təşəbbüslə çıxış edib. Qurultay H.Zərdabi, F.Köçərli,
M.Mahmudbəyov, S.Sani, A.Şaiq və başqalarından ibarət xüsusi komissiya
seçib və Azərbaycan dilində müvafiq proqram hazırlamağı onlara tapşırıb.
I Müəllimlər Qurultayından heç bir il keçməmiş neçə-neçə yeni
dərsliklər yaranıb. "Əlifba", "Uşaq çeşməyi", "İkinci il", "Gülzar" və
s. bu kimi dərsliklərdə A.Şaiqin öz əsərləri və dünya ədəbiyyatından
örnəklər çap olunub. On altı səhifəlik "Uşaq çeşməyi" kitabı kiçik yaşlı
uşaqların bilik səviyyəsinə uyğun hazırlanıb. Bundan sonra o, müxtəlif
illərdə bir-birinin ardınca "Milli qiraət", "Müntəxabat", "Türk
çələngi", "Ədəbiyyat", "Türk ədəbiyyatı", "Gülşəni ədəbiyyat" adlı
dərsliklər və proqramlar hazırlayıb. Bu dərsliklərdə Azərbaycan
klassiklərinin həyat və yaradıcılığı haqqında məlumatlar və əsərlərindən
parçalar verilib. O, həm də qadınlar üçün jurnal çıxarmaq, uşaq bağçası
açmaq, kitabxana yaratmaq, kasıb uşaqları pulsuz oxutmaq kimi xeyirxah
təşəbbüslər irəli sürüb, eyni zamanda Azərbaycan ədəbiyyatını
tədqiq və təbliğ edib, Xaqani, Nizami, Nəsimi, Füzuli, Xətai, Vaqif,
Vidadi, Zakir, M.F.Axundov, S.Ə.Şirvani, M.Ə.Sabir, A.Səhhət, M.Hadi,
H.Cavid kimi şair-yazıçıların yaradıcılıqları araşdırıb.

A. Şaiq yaradıcılığına tərcümə və qəzəllə başlasa da, ilk mətbu əsəri "Laylay" adlı uşaq şeri olub. O, 1906-cı
ildən başlayaraq silsilə şeirləri ilə Azərbaycan milli uşaq
poeziyasının incilərini yaradıb. Bir sıra şeirləri "Dəbistan" və
"Məktəb" uşaq-gənclər toplularında işıq üzü görüb. Bu illərdə "Nicat"
cəmiyyətinin idarə heyətinə üzv seçilib, ədəbi-bədii problemlərlə,
maarif və məktəb işləri ilə məşğul olub.

Xalq
ədəbiyyatını toplayıb araşdıran A. Şaiq bu örnəklər əsasında "Tıq-tıq
xanım", "Tülkü həccə gedir", "Yaxşı arxa" kimi mənzum nağıllar da yazıb.
Onun "Ədhəm", "Tapdıq dədə", "Qoçpolad" kimi poemalarında milli
folklorun təsiri görünür. Şaiq həm də 1910-cu ildə yazdığı "Gözəl bahar" pyesi ilə milli uşaq teatrının özülünü qoyub.

Şairin
"Hürriyyət pərisi"nə, "Niyə uçdu", "Bir quş", "XX əsrə xitab",
"Şikayətlərim", "Zamanın inqilabçılarına" kimi şeirləri inqilb ruhlu
şeirləri sayılır.

Nəsr
yaradıcılığına 1905-ci ildə romantik "İki müztərib və ya əzab və
vicdan" yarımçıq romanı ilə başlayan ədib "Məktub yetişmədi", "Köç",
"Daşqın", "İntiharmı, yaşamaqmı", "Göbələk", "İblisin huzurunda",
"Dursun", "Əsrimizin qəhrəmanlar"ı kimi bir çox hekayə, povest və
romanlar yazıb. "Köç" və "Məktub yetişmədi" hekayələri və "Əsrimizin
qəhrəmanları" romanı ilk milli nəsr örnəkləri kimi dəyərləndirilir.
"Həpimiz bir günəşin zərrəsiyiz" əsəri şairin o dövrkü dünyagörüşünü,
şər qüvvələrin xalqlar arasında nifaq salmasını, savaş törətdiyini,
bəşərin sabahını, insanların taleyini göstərən romantik şeirlərindəndir.

Şeirləri Xəzər Universiteti Nəşriyyatı tərəfindən çap olunan Azərbaycan Sevgi Poeziyası toplusunun İkinci kitabına (Bakı, 2009) daxil edilmişdir (Tərtibçi: Hamlet İsaxanlı).

Ədəbiyyat sahəsindəki fəaliyyətinə görə A.Şaiqə "Əməkdar incəsənət xadimi" adı verilmişdir. A.Şaiq 1959-cu ildə Bakıda vəfat etmişdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!