Torpaq uğrunda ölən varsa, Vətəndir!

Torpaq uğrunda ölən varsa, Vətəndir!
Maraqlı məlumatlar
10.09.2017 8
Tariximizə
nəzər salsaq vətənimizə başı bəlalı Azərbaycan deməyimiz yəqin ki,
yerinə düşər. Yeraltı, yerüstü sərvətlərlə zəngin olan, Türkiyə,
Gürcüstan, İran, Dağıstan, Ermənistanla sərhəd olan bu diyar caynaqlı
dövlətlərə yağlı tikə kimi necə görünməyə bilərdi ki? Əsrlərlə, illərlə
zülümlərə, təzyiqlərə məruz qalıb bu xalq. Sərvəti talanıb, ocağı
yağmalanıb, gah bölünüb, gah parçalanıb torpağı, gah satılıb bu ölkənin.
Şəhidləri saya gəlməz bu yurdun. Övlad qanı ilə yuyulub, milləti yer
üzündən silindirilmək istənilib, dilini qadağan ediblər, dinini
unutdurmağa cəhd ediblər, çox yıxılıb, amma yenə qalxıb ayaq üstə başı
uca, varlığıyla bu gün dünyaya meydan oxuyur Azərbaycan. İyirmi ildən
çoxdur ki, hissə-hissə canımızdan can qopardılar. Naxçıvanı boynu bükük
qaldı bir kənarda, Qarabağı qan ağlayır gecə-gündüz. Düşmən tapdağında
sızıldayır gecə-gündüz hər daşımız, çınqılımız.



Xalqım
elə dirəndi ki, bu savaşda tarixə "Xocalı"adlı qanlı soyqırım imza
atdı. O ağrı- acılı illərdən bu yana xatirələr qalıb. Həm yada düşəndə
gözlərdən sellər axıdan, həm o tarixdə ürəyimizi sızladan kadrlar qaldı
dözüb baxa bilmədiyimiz... Dəhşət idimi, vəhşət idimi, yoxsa hər ikisi.
Dünya susdu buna görməzcəsinə... Nə Xocalıya, nə Zəngilana, nə basılmaz
Şuşaya, nə laçınlar yuvası Laçına, nə Qubadlı, nə Cəbrayıla, nə Füzuliyə
nə də Ağdama hay verən olmadı. Dünya susdu qan içində boğulan bu
fəryada. Harayına yetişmədi insan oğlu. Şəhid qanı ilə boyandı, gecəmiz
gündüzümüz bir rəng oldu. Bu gün, yəni 1993-cü il 29 oktyabr günü  işğal
olunan rayon Zəngilandır. Adının tarixi etimoloji mənasına nəzər
yetirsək bir neçə mənası çıxır ortaya. Zəngin alanlar, zəngli ilanlarla
dolu yer. Yəni gilan, ilanlarla dolu yer, zəngin yer. Ermənilər buranın
təbiətini alçaqcasına zəhərləyənədək Zəngilan çox bərəkətli zəngin rayon
imiş. Əslində 1988-ci ildən hücumlara məruz qalsa da bu rayon düz beş
il igidcəsinə düşmən gülləsinə sinə gərib.



Əvvəlcə
kəndləri bir-bir müharibə ocağına dönüb. Yaxşı silahlandırılmış düşmən
get-gedə kəndləri yandırıb, insanları vəhşicəsinə, böyük-kiçik,
yaşlı-uşaq demədən qətlə yetiriblər. Beş il ərzində yavaş-yavaş
Zəngilanı mühasirəyə alıblar. Sonuncu bir damla ümidi ölənədək yardım
yolu gözləyib canım yurdum. Gözləri yolda igid oğullarını, onu iyrənc
məxluqlardan xilas edə biləcək birilərini gözləyib. Lakin nə fayda?! Heç
kim yetmədi imdadına. Getdikcə şiddətlənən azğın düşmənin qarşısını
tərkisilah olunmuş camaat ala bilmirdi. Gizlincə qoruyub saxlanılmış bir
neçə ov tufəngi ilə dayana bildiyi qədər dözdü camaat. Yazıq camaat,
dirəndi dirənə bildiyi qədər. Getməyə yol da qalmamışdı. Dəmir yolu
Ermənilər tərəfindən tutulmuş, hər gün şəhid, əsir xəbəri ilə yaşayırdı
camaat. Silahlarda mərmi bitənədək dözdü sakinlər. Daha bir Xocalı
faciyəsi yaşanmasın deyə Araz çayına üz tutdu camaat. Daha bir rayonumuz
düşmən  əlinə keçdi. Xarabazara çevirdilər gül qoxulu yurdumu, bir daş
daş üstə qoymadılar, qisas alırcasına. Viran etdilər Zəngilanımı.



Bağrına
neçə-neçə dağ çəkdilər yurdumun. Heç kim dözməzdi, ancaq dünya dözdü.
Dünya günahsız körpələrin vəhşicəsinə qətlə yetirilməsinə, qadınların
qızların əsir düşməsinə göz yumdu. Niyə? Nə üçün? Bu sual qarşısında
həmişə acizəm, bundan sonra da cavab verəbiləcəyimə inanmıram. Dünya və
Avropa üzrə birinci yerdə olan qiymətli meşələri dığaların zimmətinə
keçdi. Qoruqları talandı, abidələri söküldü, yandırıldı. Zəngilan da bu
cür getdi əlimizdən. Tariximizi məhv edib guya bizi tarixdən silmək
istəyir bu başıboşlar. Türk tarixin özüdür, siz zavallı kütbeyinlər
bilmirsiniz?! Bu dığaların əllərində satqın barmağı olmasaydı ermənilər
nəinki Qarabağda olardılar, hətta yer üzündə qalardılarmı? İnanmıram.
Allah canından keçən bütün soydaşlarımıza şəhidlik  zirvəsi nəsib etsin
inşaAllah. Bu gün ya da sabah mütləq bizim olacaq bizdən qoparılanlar!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!