Ölüm yatağında ən çox düşünülən 5 peşmanlıq

Ölüm yatağında ən çox düşünülən 5 peşmanlıq
Maraqlı məlumatlar
10.09.2017 33
Ölümcül
xəstələrin çox ağrı hiss etməməsi üçün onlara sakitləşdirici müalicə
tətbiq edən tibb bacısı Bronnie Ware "Ölümdən Əvvəlki Beş Peşmanlıq”
adlı kitab yazıb. Tibb bacısının sözlərinə görə, son günlərini yaşayan
insanlar pul, şöhrət və uğurlarını tamamilə unudurlar. Onlar sadəcə
münasibətləri və xoşbəxtlikləri barədə peşmanlıq hissi keçirirlər.

Qadınlar.Biz həmin kitaba istinadla ölüm yatağında olan insanın keçirdiyi 5 peşmanlıq hissini təqdim edir.



1, "Kaş ki, insanların gözləntilərini qarşılamaq əvəzinə, öz istədiklərimi edərdim”. Bu,
son günlərini yaşayan insanların ən çox peşmanlıq keçirdiyi məsələdir.
Tibb bacısının sözlərinə görə, bu insanlar uğurlarından daha çox
səhvləri və zəif nöqtələri barədə düşünür. Xəyallarının yarısını belə
həyata keçirmədiklərini düşünərək bu zəifliklərini seçimləri ilə
əlaqələndirirlər.



2. Bu insanların ikinci ən böyük peşmanlığı "kaş ki, bu qədər çox işləməsəydim” olur. Xüsusən
də, kişi xəstələr bu peşmanlığı daha çox yaşayır. "Kaş bu qədər çox
işləməsəydim, ailəmə çox vaxt ayırsaydım” - onların dilindən düşməyən
cümlə olur. Uşaqları böyüyərkən onların yanında olmamağın peşmanlığını
yaşayırlar.



3. "Kaş ki, hisslərimi açıq şəkildə ifadə edəcək qədər cəsur olaydım” -
3-cü ən böyük peşmanlıqdır. Çünki insanların çoxu qarşısındakı ilə
mübahisə etməmək üçün hisslərini biruzə vermir. Tibb bacısının qənaətinə
görə, əslində bir çox xəstəliyin əsas səbəbi də insanların hisslərini
açıq şəkildə dilə gətirməməsidir. Hisslərini ifadə edə bilməmək insanın
daxilində bir küskünlük yaradır ki, bu da zamanla xəstəliyə çevrilir.



4. Növbəti peşmanlıq yaxınlarla olan münasibətlə bağlıdır. Son
günlərində insan "kaş ki, dostlarımla əlaqələrimi kəsməsəydim” olur.
Çünki həyatın dəyişməsi insanlar arasında münasibətlərə təsir edir. Çox
zaman əlaqələr qırılır. Lakin ömürlərinin son günlərində insanlar keçmiş
dostlarını xatırlayır.



5. Sonuncu peşmanlıq isə seçimlərlə bağlıdır. Xoşbəxtliyin
həyatda seçilən bir hiss olduğunu insanların çoxu ancaq ölüm yatağında
anlayır. Dəyişikliklərdən qorxmaq, başqalarını xoşbəxt etmək istəyi,
adətlər, standart həyat insanları əsl xoşbəxtlikdən uzaqlaşdırır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!