Ayaqqabının qəribə hekayəsi

Ayaqqabının qəribə hekayəsi
Maraqlı məlumatlar
10.09.2017 2
Ayaqqabı ... Fərqli coğrafiyalarda bir çox ənənənin mərkəzində nə üçün ayaqqabı durur?

Ətrafımıza göstərmədiyimiz hörməti nə üçün onlara göstəririk?

Ayaqqabını
icad edən şəxs kəşfinə belə dərin mənalar yüklənəcəyini bilməzdi. Bəlkə
yalnız ayağına tikan batdığı üçün etmişdi bu icadı. Ancaq Qədim
Misirdən günümüzə qədər, ayaqqabılar yeni mənalar qazanaraq güclənməyə
başladı. Sadəcə ayağımızı qorusun deyə yaradılan bu məhsul; sinif
fərqliliyinin, duyğu sıxlığının və hətta inqilabın simvolu halına gəldi.

Ayaqqabıya
yüklənən qəribə mənaları Yəhudi mədəniyyətində görə bilərik. Feldmana
görə, yəhudilər ayaqqabını dürüstlüyün və mülkiyyətin simvolu olaraq
bilirlər. Məsələn, yəhudi tacirlər ticarət razılaşma imzalamaq üçün
ayaqqabılarının bir tayını müştərilərə verərdilər. Beləcə müştərinin
etimadı təmin edilmiş olurdı. Digər tərəfdən, bir ərazinin sahibi
müxtəlif yerlərə qoyulmuş ayaqqabılardan bilinirdi. Bunun müasir tətbiqi
tətilə rayona getdiyində oğru girməsin deyə qapının yanına ayaqqabı
qoyan qonşumdur.

Yenə
köhnə bir ənənə olaraq, ingilislər uzaq yerə, səfərə gedənlərin
arxasından ayaqqabı atardılar. Xüsusilə toylardan sonra müşahidə edilən
bu davranış "onsuz da dönəcəksən" mənasına gəlirdi. Günümüzdə
Azərbaycanda bənzər ənənənin su ilə reallaşdığını bilirik. Digər
tərəfdən ingilis gəlinlər ayaqqabılarını subay qızlara atar, kim
tutarsa, qismətinin açılacağına inanırdı. Ancaq yaşanan baş travmaları
və barmaq qırılmalarına görə, ənənədə bir neçə dəyişiklik oldu - ənənə
gül dəstəsi ilə əvəz olundu.

Ölkəmizə
dönsək, gəlin ayaqqabısına ad yazılması və məclis sonunda kimin adı
silindisə, onun tez bir zamanda evlənəcəyinə inanılması çox məşhurdur.
Qatıldığım son toyda şəxsən sınadım və təəssüf ki, adım silinmədi. O
gündən sonra olmayan sevgilimi də itirdim və sanki rəsmi subaya
çevrildim. Ondan sonra bu ənənəyə şübhə ilə yanaşmağa başladım.

Xülasə,
ayaqqabılar hər keçən gün güclənməkdə və kapitalizmi arxasına alaraq,
insanoğluna təhlükə saçmaqdadır. Atalarımız bu təhlükəni əvvəldən
görərək "Dost başa, düşmən ayağa baxar" deyiblər. Bu gün qapı
qarşısındakı ayaqqabılarınıza diqqətlə baxın. Lazım olsa onları gözəlcə
fırçalayıb, təmiz olmalarını təmin edin amma bunu əsla unutmayın:
Günahsız görünən o ayaqqabılarınız, beyninizi ələ keçirərək sizi
alış-veriş mərkəzinə aparan kapitalist cəsuslar ola bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!