5 yazıçı yazmaq haqıında...

5 yazıçı yazmaq haqıında...
Maraqlı məlumatlar
10.09.2017 17
Yazıçı
olmaq arzusu ilə yaşayan insanlar bəzən nədən və haradan
başlayacaqlarını bilmədikləri üçün illər boyu bir kəlmə də yaza
bilmirlər. Bu istəyinizin reallaşmasına bir addım atmaq üçün biz də 5
müxtəlif yazıçının yazmaq sənəti haqqında dediklərini sizinlə paylaşmaq
qərarına gəldik.



5. William Faulkner

"Mənə yazmaq üçün lazım olan şey – tütün, kağız, yemək və bir az da viskidir.”

"Yazıçının
iqtisadi azadlığa ehtiyacı yoxdur. Çünki, ona həqiqətən lazım olan
şeylərin xərci yoxdur. Lakin yaxşı yazmağı bacarmayanlar zamanı və
iqtisadi azadlığı olmadığı ilə bağlı bəhanələrə sığınırlar. Mən pul
qarşılığında yazılmış yaxşı əsərə bu günə kimi rast gəlməmişəm.”



4. Ernest Hemingway

"Yazmağa
fasilə etdiyinizdə böyük bir boşluq yaranır və eyni zamanda da
sevdiyiniz insanla sevişmisiniz kimi bir doymuşluq hissi ilə dolur
içiniz. Ən yaxşı əsərlər aşiq olarkən yazılır. O ruh halında olanda sənə
heç kim zərər verə bilməz.”

 

3. Truman Capote 

"On bir
yaşımda olanda yazmağa başlamışam. Yazmağın da rəsmdə və musiqidə olduğu
kimi işıq və kölgəylə bağlı perspektiv qanunları var. Yazanda mütləq
siqaret çəkib, nəsə içmək lazımdır. Çap maşınından istifadə etmirəm.
Yazılarımın ilk versiyalarını qələmlə yazıram. Sonra yenə də qələmlə
onları daha da təmizləyirəm.”

 

2. Gabriel Garcia Marquez 

"İlk
paraqrafı yazmaq üçün aylar sərf edirəm, lakin onu yazdıqdan sonra
arxası asan gəlir. İlk paraqraf mənim üçün kitabın necə olacağını
göstərən bir fraqment kimidir.”

"Ədəbiyyat
dülgərlikdən çox da fərqli bir iş deyil. Hər ikisizi də çox böyük zəhmət
tələb edir. İkisində də əlinizdəki material həqiqidir. Ağac qədər sərt,
işləməsi çətin bir material. Hər ikisi üçün də kiçik detallar və
texnikanı bilmək vacibdi. İntizam olmadıqda oxumağa dəyər bir kitab
yazıla biləcəyinə inanmıram.”



1. Stephen King

"Beş-altı yaşında olanda cizgi romanlarından rəsmləri götürür və onlara uyğun öz hekayələrimi yaradırdım.”

"Yazmaq üçün
xüsusi iş stolunuzun olması yaxşıdır. Daima yer dəyişdirməmək üçün isə
rahat bir kreslo lazımdır. Ətraf kifayət qədər aydın olmalıdır. Lakin
harda yazırsınızsa yazın, yazdığınız yer sizin xarici təsirlərdən
gizləndiyiniz bir sığınacağınız olmalıdır.”скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!