Həyat dəyişdirən fikirlər

Həyat dəyişdirən fikirlər
Maraqlı məlumatlar
10.09.2017 17
Müasir
yapon yazıçısı və tərcüməçisi Haruki Murakami əsərləriylə bütün dünyaya
səs salmış, hər kəsin diqqətini cəlb etməyi bacarmışdır. Biz də bu
məşhur yazıçının bir-birindən düşündürücü şəxsi və əsərlərində yer almış
obrazlarına xas fikirlərini sizinlə paylaşmaq qərarına gəldik.



Qismət
bəzən istiqamətləri dəyişdirən qum fırtınası kimidir. Sən istiqamətini
dəyişirsən, lakin qum fırtınası da arxanca gəlir. Yenidən dəyişirsən,
amma fırtına səni yenə tapır. Təkrar-təkrar bunu edirsən. Niyə? Çünki
fırtına uzaq yerdən sənə doğru əsən bir şey deyil. Fırtına
sənsən. Sənin içində olan bir şeydir. Buna görə də etməli olduğun tək
şey özünü təslim etmək, fırtınanın tam içinə girməkdir. Qum girməməsi
üçün gözlərini yummalı, qulaqlarını bağlamalısan. Addım-addım içəri
doğru irəliləməlisən. Orada günəş, ay, istiqamət, zaman yoxdur. Bəyaz
qum dənəcikləri kiçik ağ sümüklər kimi göy üzünə yüksəlir – məhz bunu
xəyalına gətirməlisən. Sən həqiqətən bu şiddətli, metafizik, simvolik
fırtınanın içinə doğru getmək məcburiyyətində qalacaqsan. Nə qədər
metafizik və simvolik yer olduğunun əhəmiyyəti yoxdur, buna aldanma,
yenə də minlərlə bıçaq kimi ətini parçalayacaq. İnsanlar orada qan
axıdır, sən də axıdacaqsan. İsti, qırmızı qan. Bu qanı ovuclarına
götürəcəksən – həm öz, həm də başqaların qanını. Fırtına keçib
getdiyində bunu necə etdiyini xatırlamayacasan, həyatda qalmağı necə
bacardığını da. Əmin olmayacaqsan əslində, fırtına həqiqətən keçməmiş
olsa da. Amma bir şey mütləq baş verəcək. Fırtınadan çıxdığında fırtınaya girərkən olduğun insan olmayacaqsan. Fırtınanın da mahiyyəti məhz budur.



Məncə
məni hələ də sevirsən, lakin sənin üçün yetərsiz olduğum həqiqətindən
qaça bilmirik. Bunun baş verəcəyini bilirdim. Buna görə də səni
başqasını sevdiyin üçün günahlandırmıram. Hirsli də deyiləm. Əslində
olmalıydım, amma deyiləm. Sadəcə əzab hiss edirəm. Çox böyük əzab hiss
edirəm. Bunun nə qədər əzab verəcəyini əvvəlcədən bilirdim, amma sən
demə onda da yanılmışam.

Məntiq
oyunları, öyünmələr, hesablar, ideologiyalar, nəzəriyyələr – bütün
bunlar həqiqəti gözləriylə müşahidə etməyi bilməyənlər üçündür. Halbuki,
bir az yaxşı niyyət olsa, bunu bacarmaq mümkündür. Ən bəsit şeyləri
düşünməklə başlamaq lazımdır. Bir küçənin küncündə günlərlə dayanıb,
gəlib-keçəni seyr etməlisiniz. Cəld qərar verməyinizin lazım olduğu
günlər də ola bilər. Amma ilk əvvəl səbrli dayanmağı bacarmaq lazımdır.



Kim axı ən yaxşının nə olduğunu deyə bilər? Buna
görə qarşımıza çıxan xoşbəxtlikləri tutub saxlamalıyıq və digər
insanlar üçün narahatlıq keçirməməliyik. Təcrübələrim mənə belə
fürsətlərin insanın qarşısına ömürdə iki və ya üç dəfədən artıq
çıxmadığını deyir. Əgər bu fürsətlərin əldən çıxmasına yol versək,
onları qalan həyatımız üçün də rədd etmiş olarıq.



Həyatın
bir biskvit qutusuna bənzədiyini düşün. Qutunun içində hər cür biskvit
var -sevdiklərin də, sevmədiklərin də. İnsan əvvəlcə sevdiklərini yesə,
qutuda ancaq sevmədikləri qalacaq. Mən pis günlər keçirəndə də həmişə
belə düşünürəm. Öz-özümə deyirəm ki, indi bunu keçirsəm, sonrası daha
rahat olacaq. İnanın mənə, həyat da bir biskvit qutusu kimidir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!