Müdriklik bütləri yıxmaq deyil, heç bir büt yaratmamaqdır

Müdriklik bütləri yıxmaq deyil, heç bir büt yaratmamaqdır
Maraqlı məlumatlar
10.09.2017 5
84
yaşında həyata vida edən məşhur yazıçı, filosof, semiotik-alim Umberto
Eko özündən sonra böyük bir kitabxana və sonsuza qədər insana müdriklik
verə biləcək dəyərli əsərlər qoydu.

 

*Müdriklik bütləri yıxmaq deyil, heç bir büt yaratmamaqdır.

 

*İnsan gərəkdiyindən çox danışmaqla və ya gərək olandan artıq susaraq günah edə bilər.

 

*Peyğəmbərlərdən
və həqiqət uğrunda ölməyə hazır olanlardan qorxun. Çünki onlar bir çox
insanı özləri ilə birlikdə, çox zaman özlərindən əvvəl, bəzən də
özlərinin əvəzinə ölümə aparırlar.

 

*Həqiqətin gücü elədir ki, o, eynilə yaxşılıq kimi öz-özünə yayılır.

 

*Dəlilər və uşaqlar həmişə düzünü söyləyər.

 

*İnsanın öz səfilliyinə bəhanə tapa bilməsi üçün nifrət edəcək birinə ehtiyacı var.

 

*İntellektual əxlaqın vazkeçilməz şərti bütün inancları, hətta elmin mütləq reallıq dediklərini belə tənqid edə bilməkdir.

 

*İnsan
qeyri-adi bir varlıqdır. Atəşi kəşf etdi, şəhərlər inşa etdi, möhtəşəm
şeirler yazdı, dünyaya müxtəlif yozumlar gətirdi, mifologiyanı yaratdı.
Ancaq eyni zamanda, həmcinslərinə qarşı müharibə başlatmaq, ətrafını
məhv etmək kimi yanlışlar etməkdən əl keçmədi. Tərəzinin bir gözünə
yüksək zehni üstünlüyü, o biri gözünə axmaqlığı qoysaq, tarazlıq
yaranar.

*Böyük ateistlərin hamısı dindar yetişdirən məktəblərdən çıxıb.

 

*Müdriklikdə bir acı var, müdrikliyini artıran dərdini də artırır.

 

*İnsanların
Tanrıya inanmaqdan vaz keçmələri artıq heç bir şeyə inanmadıqları
mənasını vermir. Əksinə, hər şeyə inandıqları mənasına gəlir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!