Saatların tarixi

Saatların tarixi
Maraqlı məlumatlar
10.09.2017 33
Zamanı ölçən əqrəblər niyə sağa doğru hərəkət edir? 
  



«Vaxt qızıldır» ifadəsi təsadüfən deyilməyib. Zaman və vaxt anlamı
insanlar üçün həmişə çox önəmli olub. Ümumiyyətlə,  Adəm övladı
yaranandan zamanı ölçməyə çalışıb. Ona görə dəv, vaxtı ölçdüyümüz saatın
tarixi çox-çox qədimlərdən başlayır. 
  



Günəş saatı

Qədim
dövlərdə zamanı ölçməyə çalışan ayrı-ayrı xalqlar müxtəlif üsullardan
istifadə ediblər. Ən qədim saatlar Günəş saatları hesab olunur. İlk
Günəş saatını düzəltmək qədim  misirlilərin ağlına gəlib. Onlar Günəşin
hər gün müntəzəm bir hərəkətlə doğmasını, müəyyən vaxtlarda göy üzünün
eyni nöqtələrində olmasını, sonra batmasını müşahidə edərək ən qədim
saatı kəşf ediblər. Bu saat meydanın yüksək bir yerində qoyulan daşdan
ibarət olub. Qədim misirlilər Günəşin hərəkəti əsnasında bu daşın
kölgəsini izləməklə vaxtı ölçüblər.

Yeri
gəlmişkən, saat əqrəbinin sağa hərəkət etməsi də buradan yaranıb. Belə
ki, Misir Yer planetinin şimal yarımkürəsində, ekvator xəttinə yaxın
yerləşən ölkədir və Günəş çıxanda qədim misirlilərin düzəltdikləri
saatda kölgə dərhal qərbdə meydana gəlir, Günəş yüksəldikcə kölgə
şimala, yəni sağa doğru hərəkət edirdi. Daha sonralar, çarxlı, mexaniki,
batareyalı saatlar yaradılanda da istiqamət dəyişmədi və beləcə,
əqrəbin soldan sağa doğru hərəkəti günümüzədək gəlib çıxdı.

Maraqlıdır
ki, Avstraliya kimi ekvatorun cənubundakı ölkələrdə, Günəş doğarkən
daşın kölgəsi cənuba düşür və Günəş yüksəldikcə sola doğru dönməyə
başlayar. Kim bilir, bəlkə ilk saat orada kəşf edilsəydi, bu gün
əqrəblər əks istiqamətdə hərəkət edə bilərdi. Beləliklə, artıq eramızdan
əvvəl III minilliyin ortalarında ən bəsit saat mövcud idi. Həmin dövrdə
Qədim Misir və Yunanıstanda vaxtı üfüqi və şaquli sferblatlı Günəş
saatı ilə hesablayırdılar. 



Su saatı

Günəş
saatından sonra su saatı yaranıb. Su saatının yaranması isə qədim yunan
riyaziyyatçısı, mühəndisi və ixtiraçısı Ktesibiosun adı ilə bağlıdır.
O, bizim eradan əvvəl II əsrdə qədim Misirdə yaşayıb. Su saatı
düzəldilənədək insanların istifadə etdiyi günəş saatı ilə vaxtı yalnız
gündüzlər ölçmək mümkün olurdu. Amma su saatı icad olunandan sonra vaxtı
gecələr də ölmək mümkün olub. Su saatları ilkin vaxtlarda dibində deşik
olan qabdan ibarət idi. Qaba müəyyən miqdarda su tökülür, su axıb
qurtardıqda vaxt ötüb keçirdi. Bu saatların çatışmayan cəhəti onlarda
suyun sürətinin sabit olmaması səbəbindən vaxtın qeyri-dəqiq ölçülməsi
idi. Belə ki, qabda suyun həcmi dəyişdikcə qabın dibindəki təzyiq də
dəyişirdi ki, bu da suyun axın sürətinə birbaşa təsir edirdi. Digər
tərəfdən deşiyin çirklənməsi də saatın dəqiqliyini aşağı salırdı.
Sonralar mühəndis Ktesibios bu problemləri aradan qaldırmaq üçün yeni
konstruksiya təklif edib. Qabdakı deşiyin dəqiqliyini artırmaq üçün o,
deşiyi qızıldan və ya xüsusi daşlardan hazırladı. 

 

Qum saatı

Günəş
və su saatlarından sonra qədim insanlar qum saatlarını icad ediblər.
Ələnmiş narın qumu ortası boğma şüşə qaba tökür və sonra qabı tərsinə
çevirirdilər. Ammu bu saatın yanında kimsə növbə çəkməli idi ki, qum
şüşənin alt hissəsinə tökülüb qurtaran kimi, yenidən qabı tərsinə
çevirsin. Qum saatı bərabər sürətli hərəkət prinsipi əsasında işləyirdi.
Tarixi mənbəələrə görə, 1259-cu ildə böyük Azərbaycan alimi Nəsirəddin
Tusinin Marağa rəsədxanasında Ay və Günəş tutulmasını, gecə-gündüz
bərabərliyi anlarını müşahidə edən müxtəlif cihazlardan əlavə Günəş
saatı və su saatı olub. 

 

Mexaniki əqrəbli saat

Orta əsrlərdə mexaniki saatların kəşfi zamanın daha dəqiq
ölçülməsinə imkan yaradıb. Dünyada ilk sadə mexaniki saat 1335-ci ildə
İtaliyanın Milan şəhərində düzəldilib. Sonralar illər ötdükcə mexaniki
saat daha təkmilləşdirilib. Müasir mexaniki saatın ixtiraçısı 1657-ci
ildə kəfkiri idarəedici detal kimi saata daxil edən X.Hüygensdir. Saatın
sonrakı təkmilləşməsi ingilis saatsazı U.Klementin, C.Qraqamın, sonra
yenə də Hüygensin adı ilə bağlıdır. XVI əsrin sonunda dəqiqə əqrəbi,
1760-cı ildə saniyə əqrəbi meydana çıxıb. Ardınca saatlarda ayın
tarixini, həftənin günlərini göstərən əlavə mexanizmlər qoyulub.     

 

Saatlar ölkəsi

Müasir
dünyada İsveçrə ənənəvi saat ölkəsi kim tanınır. Bu gün ən yaxşı,
möhkəm, dözümlü, sukeçirməz və digər keyfiyyətlərinə görə fərqlənən
saatlar İsveçrə saatları hesab olunur. 
Hazırda dünyanın bir sıra ölkələrində saat muzeyləri fəaliyyət
göstərir. Belə tanın muzeylərlərdən biri Rumıniyanın Ployes şəhərində
yerləşir. Bu, Şərqi Avropada yeganə olan Qədim Saatlar Muzeyidir.
1963-cü ildə yaradılan muzeydə 500 növdə gün, qum və su saatları
qorunur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!