Xüsusi adlardan yaranan...

Xüsusi adlardan yaranan...
Maraqlı məlumatlar
10.09.2017 2
Boykot –
Britaniyalı hökmdar Çarlz Boykot (1832-1897). İrlandiyalılar torpağı
emal etməkdən imtina edərək Boykotun yerli icmadan təcrid olunması
məqsədilə kampaniya başlatdılar.

Kardiqan –
Kardiqan qraflığının yeddinci hakimi general Ceyms Tomas Bradnellin
şərəfinə adlandırılıb. Bradnell kardiqanı hərbi geyimin izolyasiyası
məqsədilə ixtira etmişdi.

Şovinizm –
Nikolya Şoven – yarı mifik fransız əsgər. O, xüsusilə Napoleon Bonapart
və Fransaya öz sevgisini bildirən çıxışlar edirdi.

Vatman –
qalın və yüksək keyfiyyətli ağ kağız. İngilis kağız fabrikinin sahibi
Ceyms Vatmanın şərəfinə adlandırılıb. 1750-ci illərin ortalarında Vatman
üzərində istehsal zamanı heç bir iz qalmayan yeni kağız formasını
ixtira etdi.

Qalife –
fransız generalı Qaston Qalifenin (1830-1909) şərəfinə adlandırılmış
şalvar adıdır. O, bu şalvarı süvarilər üçün hazırlamışdı. Daha sonra
başqa ordular da bu şalvardan istifadə etməyə başladılar, sonradan isə
bu şalvar həm kişi, həm də qadın geyimləri arasına daxil oldu.

Quppi –
ingilis keşiş və alim Robert Con Lemçer Quppi 1886-cı ildə Kral
Cəmiyyətinin önündə kürütökən yox, canlı doğan balıqlar haqqında hesabat
vermişdi. Bundan sonra hamı onu məzxərəyə qoymuşdu.

Tolstovka – yazıçının fərqli növdə köynək geyməsinə baxmayaraq, məhşur geyim növü Lev Nikolayev Tolstoyun şərəfinə adlandırılıb.

Gilyotin –
fransız həkimi Jozef-İqnas Gilyotinin şərəfinə adlandırılmış edam aləti
olmasına baxmayaraq, Gilyotin bu aləti özü ixtira etməmişdi. Lakin
1789-cu ildə o, ilk dəfə bu mexanizm ilə baş kəsmək metodunu "daha
humanist” olduğu üçün təklif etmişdi.

Qobelen –
XVII əsrdə Fransada Qobelenlər sexi açılışı zamanı yaranmış söz. Bəzi
ölkələrdə isə qobelen toxuculuq sənətində istifadə olunan əşyalara
deyilirdi.

Olivye –
Lyusen Olivye adlı aşpazın kəşf etdiyi salatdır. O, XIX əsrin 60-cı
illərində Moskvada Paris mətbəxli "Ermitaj” restoranının sahibi idi.

Beqoniya –
fransız zadəganı Mişel Beqonun şərəfinə adlandırılıb. O, bitkiləri
toplamaq üçün Antil adalarına elmi ekspedisiya təşkil etmişdi.

Mazoxizm –
avstriyalı yazıçı Leopold fon Zaxer-Mazoxun (1836-1895) adından
yaranıb. Onun "Boşanmış qadın” və "Xəz içində Venera” romanlarında zalım
qadınlar zəif kişiləri ələ salırdılar.

Mesenat – romalı Qay Silniy Mesenatın adından yaranıb. O, Avqustun dövründə incəsənət himayəçisi idi.

Lovelas –
Ser Robert Lovelas Semuel Riçardsonun 1748-ci ildə yazılmış "Klarissa”
romanının personajdır. Süjetdə yaraşıqlı aristokrat bir oğlan
hiyləgərlik işlədərək, 16 yaşlı Klarissanı yoldan çıxarır.

Saksofon –
belçikalı musiqi alətlərinin ixtiraçısı Adolf Saksın (1814-1894)
şərəfinə adlandırılmışdı. O dövrdə caz musiqisi olmadığı üçün Saks
yoxsulluq içində vəfat edib.

Sendviç –
IV Sendviç qrafı, Londonun naziri və oyunçu Con Monteqin (1718-1792)
şərəfinə adlandırılıb. Deyilənə görə, o, sendviçi kribic oyunu zamanı
kəşf edib. Oyun bir neçə saat davam edirmiş, nazir isə yemək üçün vaxt
tapa bilməyib. Con Monteq xahiş edib ki, iki çörək diliminin arasında
ona yemək versinlər. Oyunçu dostları onun bu üsulda yemək yeməyini
bəyəniblər və onlar da "sendviç üsulu” ilə çörək sifariş ediblər.

Siluet –
Etyen de Siluet (1709-1767) XV Lüdovik dövründə Fransada Maliyyə naziri
olub, qapı və pəncərə, fermalar, ziynət əşyaları, qulluqçular, gəlir və
s. kimi şeyləri vergiyə cəlb edib. O, öz vəzifəsində 8 ay qala
bilmişdi. Onun adını "ucuz rəssamlığın” adı ilə bağlayıblar, bunun
mənası isə bahalı portretin yerinə, ucuz və az vaxt sərf edərək, insanın
kölgəsini işarələməkdir.

Mavzoley –
Kariya kralı Mavsolun məzarına bənzər məzarları belə adlandırıblar.
Onun məzarı indiki Türkiyənin ərazisində yerləşən Halikarnas
şəhərindədir.

Mansar – ucuz çardaqlar ixtira edən XVII fransalı memar Mansardın şərəfinə belə adlandırılıb.

Makintoş (plaş) – Su keçirməyən bir parça icad edən şotlandiyalı texnoloqun soyadı ilə bağlıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!